Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda NİŞAN OYUNU: Yolda bir birinə zidd iki nişan var – VİDEO

28.05.2018 18:22 3 108
Sumqayıtda NİŞAN OYUNU: Yolda bir birinə zidd iki nişan var – VİDEO
Sumqayıtda yol dairələrindən birinin bağlanması sürücülər arasında anlaşılmazlığa səbəb olub. Şərq bazarı deyilən ərazidə hətta bildiriş üçün dönmək qadağandır işarəsi də qoyulub. Sürücülər isə narazılıq edir ki, dairənin girişində yerdə dairəyə girməyə icazə verən nişanlanma xətti isə yığışdırılmayıb. Bu da çaşqınlıq yaradır.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, ərazidə bir birinə zidd iki yol nişanı var. Sumqayıtda avtomobillər üçün nəzərdə tutulan və “Şərq Bazarı” dairəsi kimi tanınan yol bağlanıb. Ərazidə hər iki hissədə “Giriş qadağandır” nişanı qoyulub. Sürücülər isə narazılıq edir ki, dairənin girişində yerdə dairəyə girməyə icazə verən nişanlanma xətti isə yığışdırılmayıb. Bu da çaşqınlıq yaradır.

Sürcülər həmçinin iddia edir ki, avtomobil yalnız o istiqamətə dönəndən sonra nişanı görmək mümkündür.

Bəzi sürücülər hərəkət istiqamətinin dəyişməsindən xəbərsiz olduğu üçün qaydanı pozur və saxlanılaraq cərimə olunurlar.

Sumqayıt Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən ərazidə bir birinə zidd iki nişanın quraşdırılmasına aydınlıq gətiməsələr də, şifahi bildirildi ki, dairənin avtomobillər üçün bağlanması ərazidə hərəkətin intensivliyi və baş verən qəzalarla bağlıdır. Həmin dairənin tamamilə ləğv edilməsi və piyadalar üçün səki salınması nəzərdə tutulur. Sürücülər yolun digər hissəsinə keçmək üçün yaxınlıqda olan digər yol dairəsindən istifadə edə bilərlər.

Son xəbərlər