Mojo.az Banner
19:20 Lerikdə polis faziləsiz rejimdə fəaliyyətini davam etdirir  |     19:10 Ötən gün polis əməkdaşları tərəfindən 6 avtomat, 25 tüfəng aşkarlanıb  |     19:04 Pakistanda hoteldə yanğın zamanı iki nəfər ölüb  |     18:59 Əbu-Dabidə keçirilən Ukrayna danışıqlarında müzakirə olunan məsələlər açıqlandı  |     18:36 Bu tarixdən kəskin soyuqlar düşəcək, qar yağacaq  |     18:30 "Qarabağ" "Kəpəz"ə uduzdu  |     18:23 İtkin düşən 5 nəfər tapıldı  |     18:21 Aktrisa Məsumə Babayeva DÜNYASINI DƏYİŞDİ  |     18:05 Çində yüksək rütbəli hərbçilərə qarşı istintaq başladıldı  |     17:40 "TikTok"da deputatları və icra başçılarını söyən şəxs HƏBS OLUNDU  |     17:21 Ukrayna üzrə danışıqların ikinci raundu bitdi - YENİLƏNİB  |     17:12 Bakıda qadını restoranın tualetində döyən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI  |     17:02 Güləş üzrə Azərbaycan çempionatları bu şəhərdə keçiriləcək  |     16:41 Rusiya Silahlı Qüvvələri Xarkovda yaşayış məntəqəsini nəzarətə götürüblər  |     16:20 3 aya marketdən 7 minlik məhsul oğurladı  |     16:09 "Qəbələ" "Şamaxı"nı məğlub edib  |     16:03 Qusarda 22 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb  |     15:45 Fəzail Ağamalı məhkəməyə verildi: AVP-də növbəti QALMAQAL  |     15:21 Türkiyədə zəlzələ olub  |     15:18 Direktorlar imtahan verdi  |    
Left Banner
Right Banner

Nağı bəy Şeyxzamanlının gəlini vəfat edib

04.12.2023 23:20 1 359
Nağı bəy Şeyxzamanlının gəlini vəfat edib
Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-a köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə vəfat edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, S.Əlizadə Azərbaycanın tanıdılması, ABŞ-da yaşayan Azərbaycan icmasının birliyi, bötövlüyü və Qarabağ həqiqətlərinin ABŞ icmasına çatdırılması sahəsində əvəzolunmaz fəaliyyətlər göstərib.

O, 2022-ci ildə Prezident İlham Əliyevin təsis etdiyi "Diaspor fəaliyyətində xidmətlərə görə" medalı ilə təltif olunub.

Qeyd edək ki, S.Əlizadə ötən il "Report"un ABŞ bürosuna müsahibəsində ailəsinin Azərbaycandan İrana, oradan isə Türkiyəyə və ABŞ-a uzanan çətinliklərlə dolu həyat hekayəsindən bəhs edib, Şuşaya səfər öncəsi öz təəssüratlarını bölüşüb. Qarabağın azadlığa qovuşduğunu görmək Solmaz xanımın ən büyük arzusu idi.

S.Əlizadənin əziz xatirəsi bütün dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq.

Məlumat üçün bildirək ki, Nağı bəy Şeyxzamanlı 1919-cu ilin avqust ayında Azərbaycan Xalq Cümhuriyyətində Əks-inqilab ilə mübarizə təşkilatının rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı yaşamağa məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb.скачать dle 11.3