AQTA Azərbaycana məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:28 Taksi ilə daşınmalar xeyli azaldı  |     20:20 Bu ərazi qazsız qalacaq  |     20:12 Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı  |     20:04 Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq  |     19:56 Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu  |     19:49 Xırdalan şəhərində yaşayanlara ŞAD XƏBƏR  |     19:42 Salyanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var  |     19:31 Bakının nəqliyyat sisteminin üzləşdiyi çağırışlar açıqlanıb  |     19:17 Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılacaq  |     19:07 Pensiya alanlara VACİB XƏBƏR - Yanvar ayının ödənişləri…  |     18:53 Bakıda çoxmərtəbəli yaşayış binası YANIR  |     18:36 Qırmızı dənizdə yük gəmisində partlayış baş verib  |     18:25 Bakının hansı küçələrində sıxlıq var?  |     18:16 Azərbaycan "Avroviziya 2025"də bu sırada çıxış edəcək  |     18:09 Dövlət Neft Fondunun aktivləri 60 milyard dolları keçib  |     18:01 Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub  |     17:53 Pasiyentin açıq ürək əməliyyatı zamanı insult keçirməsinə həkim səhlənkarlığı səbəb olub? (YENİLƏNİB)  |     17:37 Hindistanda sirli epidemiya: Naməlum xəstəliyə yoluxanların yarısı ölüb  |     17:35 Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ  |     17:22 Vilyam Hacıyevin oğlu arvadı ilə "Range Rover"i bölə bilmir  |    

AQTA Azərbaycana məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparıb

Bu ilin ötən dövrü ərzində 16 ölkənin müraciəti əsasında 272 xarici müəssisədə qiymətləndirmə aparılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) yayıb.

Qiymətləndirmənin nəticələrinə əsasən, həmin obyektlərdən 214-ü təsdiq, 20-si isə şərti təsdiq olunaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Uyğunsuzluqlar aşkarlandığı üçün İran İslam Respublikasında fəaliyyət göstərən “Yazd Moein Dam Industrial Slaughterhouse Complex” və “Edalat Dam”, həmçinin Monqolustan Respublikasına məxsus “Choibalsan Group” və Pakistan Respublikasında fəaliyyət göstərən “Snow King Frozen Foods” müəssisələrinin təsdiqindən imtina olunub.

Qiymətləndirmə aparılmış 34 obyektlə bağlı hesabatlara baxılması isə yekunlaşmaq üzrədir.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkə ərazisinə yüksək risk qrupuna aid qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal olunduğu xarici obyektlər AQTA tərəfindən təsdiqlənməlidir. Bununla bağlı qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri Agentliyə müraciət etməlidirlər.

2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün AQTA-ya müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksəkriskli qida və yem məhsullarının idxalına isə məhdudiyyət tətbiq olunacaq. Bununla da, həmin müəssisələrdən xüsusi risk qrupuna daxil olan məhsulların respublikamıza idxal edilməsi mümkün olmayacaq.

Ona görə də, istehsal etdikləri qida və yem məhsullarının ölkəmizə idxalında maraqlı olan bütün obyektlər tərəfindən qeydiyyat və təsdiq üçün vaxtında müraciət edilməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            693 04.12.23 18:19