Prokuror 700 min manatlıq mənimsəmədə ittiham olunan politoloqa cəza istədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:39 Güney Azərbaycan təşkilatları Zəngəzur yolu ilə bağlı birgə bəyanat yayıblar  |     18:25 Kişi sirkə turşusu içib özünü öldürdü  |     18:05 Yeniyetmə qızdan şantajla 8400 manat aldı: Həbs olundu - FOTO  |     18:00 Naxçıvanda gecə saatlarında internet olmayacaq - SƏBƏB  |     17:58 AMEA-dan "Vikipediya"dan şəhidlərimizin məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA  |     17:55 Buraxılış və Azərbaycan dili imtahanının nəticələri açıqlandı  |     17:52 Fermada məktəblinin meyiti tapıldı  |     17:45 "Hələ dərs açılmamış vəziyyət belədirsə..."  |     17:37 Bakı yollarında COP29 üçün zolaq salınır - VİDEO  |     17:30 Dondurulmuş qidalar təhlükə yarada bilər  |     17:23 Yeddi ay ərzində Azərbaycanda 35 mindən çox ölüm qeydə alınıb  |     17:16 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsində üç məntəqənin nəticələri ləğv olunub  |     17:08 Azərbaycanda əhalinin sayı açıqlandı  |     17:00 Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş başlayıb  |     16:59 Azərbaycanda əhalinin sayı açıqlandı  |     15:27 Yer zərbə altında: Plazma buludu planetə yaxınlaşır  |     15:00 Müğənni Kərim Abbasovun toyda döyülməsi ilə bağlı YENİ DETALLAR  |     14:39 Meymunçiçəyinə qarşı peyvəndin istifadəsinə icazə verildi  |     14:31 "Formula 1": "Ferrari" pilotu Bakıda qəza törətdi  |     13:55 İranın Parisdəki baş diplomatı Fransa XİN-ə çağırıldı  |    

Prokuror 700 min manatlıq mənimsəmədə ittiham olunan politoloqa cəza istədi

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Cəbrail Fərzəliyevin 12 il azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə prosesi dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, iş üzrə “PAŞA Bank” ASC və “Azərbaycan Respublikasının Gənclər Fondu” zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat “Azərbaycan Respublikasının Gənclər Fond”una, 342 min manat isə “PAŞA Bank”a qarşı mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 113 04.12.23 17:54