Azərbaycandan Gürcüstana keçmək istəyən Pakistan vətəndaşı saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:12 Mərkəzi Xəstəxananın direktoru işdən çıxarıldı  |     22:47 Aİ Şurası Ukraynaya 4,2 milyard avro yardımın ödənilməsini təsdiqləyib  |     22:23 Lukaşenko ekstremist xarakterli cinayətlər törətmiş 29 məhkumu əfv edib  |     22:11 Yarmarkada cəmi 2 kitab satdı, sosial media paylaşımından sonra bestseller müəllifi oldu  |     22:04 Naxçıvanın Nazirlər Kabineti ilə "Tural" şirkəti arasında nə baş verib?  |     21:59 Salyanda "Dollar Rüstəm"in evinə hücum - "Porsche"də 50 min dollar var...  |     21:53 Əməkdar artist kliniki ölüm keçiribmiş  |     21:45 Aİ-nin 16 ölkəsi elektron siqaretlərlə bağlı qanunu dəyişmək istəyir  |     21:39 Torpaq icarəsinin ƏDV-dən azad olunması sahibkarlara nə verəcək? (ŞƏRH)  |     21:31 Koreya prezidentinin ölkədən kənara çıxmasına qadağa qoyula bilər  |     21:25 Xarici maşınları yoxlamaq üçün yaradılacaq "VİN kod" axtarış sistemi nə vaxtdan işləyəcək? (VİDEO)  |     21:18 Qramla satılan ətirlərin təhlükəsi: Bir çox xəstəliklər yarana bilər  |     21:13 "Milan"ın futbolçusu zədə səbəbindən bu ilin sonuna qədər sıradan çıxıb  |     21:04 “Time” jurnalı "İlin adamı" adına namizədləri açıqlayıb  |     20:58 Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib  |     20:47 Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib  |     20:42 “Haber Global”: Türkiyə-Suriya sərhədində qələbəlik yaşanır  |     20:36 ABŞ səfiri Gəncədə Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib  |     20:30 KİV: Suriyada qadınların hicab taxmağa məcbur edilməsi qadağan olunub  |     20:23 Ötən həftə azad olunan torpaqlarda 768,4 hektar ərazi minalardan təmizlənib  |    

Azərbaycandan Gürcüstana keçmək istəyən Pakistan vətəndaşı saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, noyabrın 25-də saat 19:20-də Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1994-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı İqbal Syed Kashıf Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 056 27.11.23 14:40