Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı? » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:15 Qazaxda 19 yaşlı oğlan intihar edib  |     14:04 Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI  |     14:03 Məhkəmə birlikdə yaşadığı qadını öldürən şəxslə bağlı qərar çıxardı  |     13:56 Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq  |     13:52 "Oskar"a namizədlər açıqlanıb - TAM SİYAHI  |     13:26 Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO  |     13:20 Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək  |     13:07 İstanbulda "Əl-Qaidə" əməliyyatı: İki əsas üzvü saxlanıldı  |     12:58 Azərbaycanda vəzifəli şəxs həbs edildi - Foto  |     12:53 Tiktoker “Roşka” yenidən həbs edildi  |     12:44 Türkiyədə hotel yanğınında çox sayda uşaq ölüb: Rəqəm açıqlandı  |     12:38 Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir  |     12:33 Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ  |     12:19 Bu qaydaları Nazirlər Kabineti təsdiqləyəcək  |     12:09 Bakıda məşhur klinikanın fəaliyyəti dayandırılacaq  |     11:59 Bakıda bu dəmir yollarının əsaslı təmirinə başlanıldı  |     11:56 AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili  |     11:42 Bakıda əməliyyat: qadın saxlanıldı  |     11:29 Azərbaycanda pensiya və müavinətlər nə vaxt veriləcək? - RƏSMİ CAVAB  |     11:25 Bu ərazilərdə yağış yağıb  |    

Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı?

Qış mövsümü yaxınlaşdıqca, avtomobil sahibləri üçün təhlükəsiz və rahat hərəkəti təmin etmək məqsədilə müəyyən hazırlıqlar tələb olunur. Soyuq hava şəraiti avtomobilin texniki vəziyyətinə təsir göstərə bilər və bu, təkcə sürücünün deyil, digər hərəkət iştirakçılarının da təhlükəsizliyini risk altına qoya bilər.

Mövsümi təkərlərin quraşdırılması, antifriz səviyyəsinin yoxlanması və akkumulyatorun düzgün işləkliyinin təmin edilməsi qışda avtomobilin təhlükəsizliyini qorumaq üçün əsas şərtlərdən biridir. Mütəxəssislər vaxtında görülən tədbirlərin qəza riskini minimuma endirdiyini vurğulayırlar.

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, sürücülərin qış mövsümündə diqqət etməli olduqları ən mühüm məqam qış təkərlərinin vaxtında quraşdırılmasıdır:

“Qış təkərlərinin istifadəsi dünyanın bir çox inkişaf etmiş ölkələrində ya məcburi qayda, ya da tövsiyə xarakteri daşıyır. Azərbaycanda isə bu tələb hələ məcburi deyil, amma qış şəraitində yol təhlükəsizliyini təmin etmək üçün tövsiyə olunur. Təəssüf ki, bəzi sürücülər avtomobil təkərlərini yalnız aşındıqdan sonra dəyişməyə üstünlük verirlər. Bu, qəza riskini artırır və avtomobilin texniki vəziyyətinə mənfi təsir edir. Halbuki, vaxtında dəyişdirilmiş qış təkərləri həm təhlükəsizlik, həm də avtomobilin uzunmüddətli istismarını təmin edir."

Elməddin Muradlı qeyd edib ki, qış mövsümü yalnız təkərlərlə bağlı deyil, digər texniki məsələlərdə də xüsusi diqqət tələb edir. O, avtomobilin soyutma sistemi və antifriz səviyyəsinin yoxlanılmasını, həmçinin şüşəsilənlərin və havalandırma sistemlərinin işlək vəziyyətdə saxlanılmasını mühüm amillər kimi göstərib:“Hər bir avtomobil sahibi antifriz səviyyəsini vaxtında yoxlamalı və soyutma sisteminə qulluq etməlidir. Havalandırma sistemi düzgün işləmədikdə, salonda tozlanma və ya buxarlanma yaranır ki, bu da sürücünün görmə qabiliyyətinə mənfi təsir edir və təhlükə yaradır. Həmçinin, şüşəsilənlər yağışlı və ya dumanlı havada mütləq işlək vəziyyətdə olmalıdır. Təəssüf ki, bəzi sürücülər bu məsələyə laqeyd yanaşırlar."

Ekspertin sözlərinə görə, avtomobilin işıq sistemlərinə də xüsusi diqqət yetirilməlidir. Faraların və lampaların təmiz və işlək vəziyyətdə olması qış mövsümündə yol hərəkətinin təhlükəsizliyi baxımından əhəmiyyətlidir.

“İşıqlandırma sistemləri yağışlı və qarlı havalarda zəif ola bilər. Bu, sadə texniki qulluqla həll edilə biləcək problem olsa da, bəzən sürücülər bu məsələyə əhəmiyyət vermir və nəticədə qəza riski artır. Faraların və digər işıq cihazlarının düzgün işləməsi yalnız təhlükəsizlik yox, həm də digər sürücülər üçün vacibdir."

Elməddin Muradlı sürücülərə tövsiyə edir ki, avtomobilin texniki vəziyyətinə yalnız maliyyə yükü kimi deyil, təhlükəsizlik amili kimi yanaşsınlar:“Hər bir texniki problem vaxtında həll edildikdə, həm qəzaların qarşısı alınır, həm də avtomobilin istismar müddəti artır. Avtomobilinizin sizi yarı yolda qoymamasını istəyirsinizsə, qış hazırlıqlarına indidən başlayın."

Avtomobil sahibləri üçün qış hazırlığı həm şəxsi təhlükəsizliyi, həm də yol hərəkətinin ümumi təhlükəsizliyini təmin edən ən vacib addımlardan biridir. İndi hərəkətə keçmək üçün ən doğru zamandır!

(cross.media)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 12.12.24 22:07