Təkərdə ilişən xırda daşlar: Ekspert təhlükələrdən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:11 Məşhur NBA oyunçusu vəfat edib  |     22:01 Kamçatkada 6,3 maqnitudada zəlzələ baş verib  |     21:56 AYNA: Bakıdan Şəmkir, Beyləqan və Gədəbəyə onlayn bilet satışına başlanılır  |     21:49 Neymar məşqləri bərpa edib  |     21:47 Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar artıb  |     21:43 Ermənistan “Zod” yatağında qızıl hasilatını bərpa edib  |     21:35 Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ  |     21:29 Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsi dəyişəcək  |     21:29 Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır  |     21:24 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: Namiq Poladov məni sürgün edib  |     21:13 İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub  |     21:05 "Abşeron"un baş məşqçisinin daha bir köməkçisi müəyyənləşib  |     20:01 Həftəsonu ölkə ərazisində 40 kiloqrama yaxın narkotik aşkarlanıb  |     19:53 Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:46 Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb  |     19:42 Pensiyalarda artım nə qədər olacaq?  |     19:39 Gəncədə əməliyyat olunan qadın xəstəxanada ölüb  |     19:35 Qəhvə bu insanlar üçün faydalıdır  |     19:31 Bu həftə Avstriya hökuməti istefa verəcək  |     19:30 Azərbaycan XİN Nepala başsağlığı verib  |    

Təkərdə ilişən xırda daşlar: Ekspert təhlükələrdən danışdı

"Bir çox avtomobil sahibləri təkərlərin vəziyyətinə çox əhəmiyyət vermir və düşünürlər ki, əsas məsələ şinləri mövsümə uyğun vaxtında dəyişdirməkdir. Lakin təcrübə göstərir ki, təkərin protektorunda ilişib qalan hətta kiçik bir daş belə ciddi qəzaya səbəb ola bilər".

Median.Az
oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı avtomobil mütəxəssisi Aleksey Stasyuk xəbərdarlıq edib.

Ekspertin sözlərinə görə, avtomobil tez-tez müxtəlif örtüklü yollarda istismar olunur və hər bir örtük şinlərə özünəməxsus şəkildə təsir edir.

"Çınqıllı örtüklü yollarda və ya hətta az miqdarda daş olan yollarda rezinin mexaniki zədələnmə riski var" , - deyə Stasyuk qeyd edib.

Mütəxssis bildirib ki, protektorda ilişib qalan kiçik daş görünüşcə zərərsiz olsa da, əslində çox pis nəticələrə gətirib çıxara bilər.

"Təkər protektorunun kanallarında uzun müddət qalan daşlar, protektorun kanal altı qatını korda qədər zədələyə bilər. Zədələnmiş yerə nəm və tozun düşməsi isə kord və rezin arasındakı yapışmanı pozan geridönməz prosesləri başladır" , - deyə o əlavə edib.

Stasyuk zədələnmiş şinin uzun müddət istismarının onun təbəqələrə ayrılması və vaxtından əvvəl sıradan çıxması ilə nəticələnə biləcəyini deyib.

"Hətta hərəkət zamanı təkərin partlaması baş verə bilər ki, bu da demək olar ki, mütləq ağır nəticəli yol-nəqliyyat hadisəsinə səbəb olar" , - deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, xüsusilə protektor dərinliyi az qalan şinlər deşilmə riski altındadır.

Buna görə də o, təkərləri müntəzəm olaraq zədələnmələrə qarşı yoxlamağı, aşınma dərəcəsinə nəzarət etməyi və köhnəlmişləri vaxtında dəyişdirməyi məsləhət görüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            81 25.09.24 17:59