Ürəyi qorumaq üçün nə etməliyik? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Maaş gecikməsinə görə işçiyə əlavə vəsait ödənilməlidir? - Video  |     22:51 DQİDK yas mərasimləri ilə bağlı məsələyə aydınlıq gətirib  |     22:42 Putin müharibənin bitəcəyi tarixi açıqladı  |     22:30 Bakıda bu istiqamətlərdə tramvay xətləri çəkiləcək  |     22:13 Şirvanda qadın dəm qazından boğuldu  |     22:03 Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı  |     21:54 Bakıda nə qədər avtomobil var? - Fantastik rəqəm  |     21:40 Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar açıqlandı  |     21:31 Vəzifəli şəxs ağır qəzada həlak oldu  |     21:20 Fransa I rübdə Ukraynaya “Mirage” qırıcıları göndərəcək  |     21:10 Bu ərazilərdə qaz olmayacaq  |     20:54 Konqoda nümayişçilər ABŞ səfirliyinin qarşısına toplaşıblar  |     20:42 Salyanda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB  |     20:36 Şirvanda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     20:34 Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb - VİDEO - YENİLƏNİB  |     20:28 Taksi ilə daşınmalar xeyli azaldı  |     20:20 Bu ərazi qazsız qalacaq  |     20:12 Azərbaycan Karate Federasiyasında yeni komitə yaradıldı  |     20:04 Bakıda bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq  |     19:56 Milli Məclisin İntizam komissiyasının yeni tərkibi məlum oldu  |    

Ürəyi qorumaq üçün nə etməliyik?

Türkiyəli kardioloq, professor Bilal Boztosun 29 sentyabr Dünya Ürək Günündə bu orqanı qorumağın əsas yollarını sadalayıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Həkim ürək sağlamlığının qorunmasında yeriməyin əhəmiyyətini vurğulayıb.

"Gün ərzində çox gəzməliyik. Çəkimizə də diqqət etməliyik. Çəkimizi normallaşdıraq ki, sağlam şəkildə qocalaq", - deyə professor bildirib.

Qəlbin qədrini bilmək lazım olduğunu deyən Boztosun ürəyi qorumağın ən mühüm yollarının xolesterola, şəkərə, təzyiqə və stresə diqqət yetirmək, həmçinin tütündən uzaq durmaq olduğunu qeyd edib.

"Bədənimizdəki bir çox orqanlar cütdür. Amma ürəyimiz təkdir. Onu çox yaxşı qorumalıyıq. Bunun üçün ən vacib yol xolesterola diqqət yetirməkdir. Şəkər və təzyiqimizə nəzarət etməliyik. Stresdən və tütün məmulatlarının istifadəsindən uzaq durmalıyıq. Hamımız bilirik ki, qabaqcıl texnologiyalara baxmayaraq, dünyada ən çox yayılmış ölüm səbəbi təəssüf ki, ürək-damar xəstəlikləridir. Burada ən önəmlisi odur ki, əgər ailədə genetik ürək xəstəliyi varsa, şikayətiniz olub-olmamasından asılı olmayaraq, müayinələrdən yayınmayın. Hər altı aydan bir və ya hər il müayinədən keçin", - həkim tövsiyə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            294 30.09.24 12:11