Azərbaycan və Özbəkistan avtomobillərin yığılması layihəsi üzərində işləyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:11 Məşhur NBA oyunçusu vəfat edib  |     22:01 Kamçatkada 6,3 maqnitudada zəlzələ baş verib  |     21:56 AYNA: Bakıdan Şəmkir, Beyləqan və Gədəbəyə onlayn bilet satışına başlanılır  |     21:49 Neymar məşqləri bərpa edib  |     21:47 Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar artıb  |     21:43 Ermənistan “Zod” yatağında qızıl hasilatını bərpa edib  |     21:35 Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ  |     21:29 Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsi dəyişəcək  |     21:29 Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır  |     21:24 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: Namiq Poladov məni sürgün edib  |     21:13 İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub  |     21:05 "Abşeron"un baş məşqçisinin daha bir köməkçisi müəyyənləşib  |     20:01 Həftəsonu ölkə ərazisində 40 kiloqrama yaxın narkotik aşkarlanıb  |     19:53 Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:46 Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb  |     19:42 Pensiyalarda artım nə qədər olacaq?  |     19:39 Gəncədə əməliyyat olunan qadın xəstəxanada ölüb  |     19:35 Qəhvə bu insanlar üçün faydalıdır  |     19:31 Bu həftə Avstriya hökuməti istefa verəcək  |     19:30 Azərbaycan XİN Nepala başsağlığı verib  |    

Azərbaycan və Özbəkistan avtomobillərin yığılması layihəsi üzərində işləyir

Azərbaycanın "Azərmaş" şirkəti və Özbəkistan CKD (Complete Knock Down) texnologiyasından istifadə etməklə "Chevrolet Cobalt" avtomobillərinin yığılmasının təşkili üzərində işləyir.

Bu barədə "Trend" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "Cobalt" modelinin istehsal həcmi ildə 15 min avtomobil istehsal etmək üçün nəzərdə tutulub və onun buraxılışı 2025-ci ilə planlaşdırılır.

Əməkdaşlıq çərçivəsində Hacıqabul şəhərindəki zavodda "Chevrolet Tracker" və "Chevrolet Onix" avtomobillərinin istehsalı da davam etdirilir.

Qeyd edək ki, Özbəkistanda minik avtomobilləri, yük avtomobilləri, kommersiya və xüsusi texnika, həmçinin avtobusların istehsal gücü ildə 500 min ədəddən çoxdur.

Özbəkistanda iri avtomobil istehsalı müəssisələri "UzAuto Motors", "MAN Auto Uzbekistan", "SamAuto", "ADM Jizzax"dır. Ölkə, həmçinin BYD (Build Your Dreams) elektrikli avtomobillərinin istehsalına başlayıb.

Öz növbəsində Azərbaycanda da maşınqayırma sənayesi inkişaf edir. İri müəssisələr olan "Azərmaş", "AzSamand", Gəncə və Naxçıvan şəhərlərində kommersiya və yük avtomobilləri istehsalı zavodlarıdır.

Xatırladaq ki, avqustun 22-də Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Danışıqlar nəticəsində 2 milyard dollar dəyərində layihələr portfeli formalaşdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            225 05.09.24 11:35