Avtomobil alarkən diqqət yetirməli olduğunuz məqam: Ən etibarlı modellər - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:11 Məşhur NBA oyunçusu vəfat edib  |     22:01 Kamçatkada 6,3 maqnitudada zəlzələ baş verib  |     21:56 AYNA: Bakıdan Şəmkir, Beyləqan və Gədəbəyə onlayn bilet satışına başlanılır  |     21:49 Neymar məşqləri bərpa edib  |     21:47 Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar artıb  |     21:43 Ermənistan “Zod” yatağında qızıl hasilatını bərpa edib  |     21:35 Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ  |     21:29 Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsi dəyişəcək  |     21:29 Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır  |     21:24 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: Namiq Poladov məni sürgün edib  |     21:13 İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub  |     21:05 "Abşeron"un baş məşqçisinin daha bir köməkçisi müəyyənləşib  |     20:01 Həftəsonu ölkə ərazisində 40 kiloqrama yaxın narkotik aşkarlanıb  |     19:53 Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:46 Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb  |     19:42 Pensiyalarda artım nə qədər olacaq?  |     19:39 Gəncədə əməliyyat olunan qadın xəstəxanada ölüb  |     19:35 Qəhvə bu insanlar üçün faydalıdır  |     19:31 Bu həftə Avstriya hökuməti istefa verəcək  |     19:30 Azərbaycan XİN Nepala başsağlığı verib  |    

Avtomobil alarkən diqqət yetirməli olduğunuz məqam: Ən etibarlı modellər - SİYAHI

Ciddi təmir olmadan 400 min km-dən çox yol qət edə biləcək avtomobillərin reytinqi tərtib edilib.

Reytinqi ABŞ-nin avtomobil təsnifatçısı "iSeeCars" təqdim edib.

Mütəxəssislər 2012-2023-cü illər arasında satılan avtomobilləri araşdıraraq, illik orta yürüş göstəricilərindən istifadə etməklə bu reytinqi hazırlayıblar.

Məlum olub ki, ümumilikdə avtomobilin 400 min km yol qət etmə ehtimalı 8.6% təşkil edir. Lakin elə modellər var ki, onların bu göstəricisi digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, reytinqdə "Toyota Tundra" pikapı 36.6% göstərici ilə lider olub. Onun ardınca "Toyota Sequoia" gəlir - 36.4%. Üçüncü yerdə isə "Toyota 4Runner" qərarlaşıb - 26.8%.

Reytinqə, həmçinin "Toyota Tacoma", "Toyota Highlander Hybrid", "Honda Ridgeline", "Chevrolet Suburban", "Toyota Avalon", "Lexus GX", "Chevrolet Silverado 1500", "GMC Yukon XL", "Chevrolet Tahoe", "Honda Pilot", "Honda Accord", "GMC Sierra 1500", "Ford F-150", "Toyota Highlander", "Nissan Titan", "Honda CR-V" kimi modellər də daxil olub.



//oxu.az


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            375 14.08.24 11:49