Odda yanmış, suda batmış avtomobillər ölkəmizə niyə GƏTİRİLİR? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:11 Məşhur NBA oyunçusu vəfat edib  |     22:01 Kamçatkada 6,3 maqnitudada zəlzələ baş verib  |     21:56 AYNA: Bakıdan Şəmkir, Beyləqan və Gədəbəyə onlayn bilet satışına başlanılır  |     21:49 Neymar məşqləri bərpa edib  |     21:47 Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar artıb  |     21:43 Ermənistan “Zod” yatağında qızıl hasilatını bərpa edib  |     21:35 Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq - PROQNOZ  |     21:29 Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsi dəyişəcək  |     21:29 Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır  |     21:24 MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: Namiq Poladov məni sürgün edib  |     21:13 İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub  |     21:05 "Abşeron"un baş məşqçisinin daha bir köməkçisi müəyyənləşib  |     20:01 Həftəsonu ölkə ərazisində 40 kiloqrama yaxın narkotik aşkarlanıb  |     19:53 Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:46 Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb  |     19:42 Pensiyalarda artım nə qədər olacaq?  |     19:39 Gəncədə əməliyyat olunan qadın xəstəxanada ölüb  |     19:35 Qəhvə bu insanlar üçün faydalıdır  |     19:31 Bu həftə Avstriya hökuməti istefa verəcək  |     19:30 Azərbaycan XİN Nepala başsağlığı verib  |    

Odda yanmış, suda batmış avtomobillər ölkəmizə niyə GƏTİRİLİR?

Son dövrlərdə xarici ölkələrdən, xüsusilə də ABŞ-dən qəzalı, bir hissəsi yanmış, hətta suda batmış maşınların gətirilməsi adi hala çevrilib. Onların bir çoxu elə gətirildiyi kimi, qəzalı halda ucuz qiymətə satışa çıxarılır. Bəzi hallarda isə həmin avtomobilləri bəzəyib "vuruqsuz" adı ilə satanlar da olur.

Digər tərəfdən, istehsal ili köhnə olan avtomobillərin ölkəmizə gətirilməsi qadağan edilib.

Bəs ili təzə olan, amma aşmış, yanmış, əzilmiş maşınlar ölkəyə niyə gətirilir? Bu avtomobillər nə üçündür? Belə çıxır ki, avtomobilin vəziyyəti barədə hər hansı tələb yoxdur?

Nəqliyyat eksperti Aslan Əsədov Bizim.media-ya bildirib ki, bu cür avtomobillərin ölkəyə gətirilməsində əsas məqsəd pul qazanmaqdır:

"Bu da maliyyə resursunun təmin edilməsi üçündür. Amma burada bir neçə faktor rol oynayır. Birinci faktor odur ki, tələbat var. Yəni tələbat varsa, təklif də avtomatik olaraq yaranır. Kifayət qədər belə maşınları alanlar var".

Bu cür avtomobillərə tələbin hansı səbəbdən yarandığına gəlincə, ekspert deyib ki, onlar fərqli məqsədlər üçün istifadə olunur:

"İli təzə olan yeni avtomobillər baha olduğundan bəzən bu cür avtomobilləri alırlar. Bəzən də olur ki, bu avtomobilləri gətirib təmir edir, həmçinin onların saz detallarını qiymətləndirməklə digər avtomobillər üçün ehtiyat hissələri kimi satırlar".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            429 09.08.24 14:53