Mojo.az Banner
19:54 Bakıda 17, rayonlarda 20 dərəcə isti olacaq  |     19:49 Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi - Həbs olundu  |     19:43 Noyabrda havaların mülayim keçməsinin səbəbi açıqlandı  |     19:35 Nazirlik bu kitabın alınmasını qadağan edib  |     19:30 Ehtiyatda olan polkovnik faciəvi şəkildə öldü  |     19:22 Bakıxanov qəsəbəsində uşaq meydançasının yerində bina tikiləcək? (VİDEO)  |     19:15 Həzi Aslanov stansiyasındakı təmir nə vaxt bitəcək?  |     19:09 Kimlər daha çox xəyanətə meyillidir? - Türk alimlər açıqladı  |     19:02 Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü  |     18:52 Cavid Qurbanovun əmisi oğlu hakim qarşısına çıxarıldı: Külli miqdarda dələduzluqda təqsirləndirilir  |     18:45 Bakı Dövlət Sirki gömrük qaydalarını pozduğuna görə cərimələndi  |     18:39 Qvineya-Bisau da dövlət çevrilişi: Prezident həbs edildi  |     18:25 Sahibkar qardaşlar arasında şadlıq evi davası: Biri digərinin həbsini istədi  |     18:13 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     17:41 Baş nazir Əli Əsədov sənaye məhəllələri ilə bağlı yeni qərar imzalayıb  |     17:38 Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanıldı  |     17:28 Naxçıvandan keçən dəmir yolunun tikintisinə başlanılacaq  |     17:17 Azərbaycanlı müğənnilərin toy qiymətləri: Yarım saatı 10 min... (FOTO)  |     17:00 ATV-yə Zümrüdün verilişindəki bu kadrlara görə xəbərdarlıq edildi - Video  |     16:58 Nərimanovda YANĞIN: Sıxlıq yarandı  |    
Left Banner
Right Banner

Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib

15.06.2021 20:16 1 611
Geely gələcək modellərinin dizayn üslubunu nümayiş etdirib
Geely Design Shanghai dizayn bölməsi Vision Starburst adlı konseptual şutinq-breykini təqdim edib. Konseptlə birlikdə, Geely şirkətinin gələcək modellərində tətbiq ediləcək Expanding Cosmos və ya "Genişlənən Kosmos" yeni vizual fəlsəfəsi nümayiş olunub.

Median.Az
ted.az-a istinadən bildirir ki, konseptin maraqlı xüsusiyyətləri arasında bol miqdarda işıq elementləri, kuzovun qırıq xətləri və əlbəttə ki, ultra-müasir elektron sistemlər var.

Vision Starburst konsepti, dizaynerlərin fikrincə aramsız hərəkət hissi yaratmalı olan çoxlu qatları, kənarları və kəsişən xətləri olan mürəkkəb formaya malikdir. Avtomobilin ön tərəfində minimalist üçölçülü naxışı olan radiator barmaqlığı, böyük hava girişləri və üçbucaqlı fənərlər mövcuddur - bunların hamısı qırıq diod zolağı ilə dairəyə alınmışdır.

İnteryerdə də təkrarlanan əsas mövzu, animasiya şəkilləri yaradan işıq zolaqları və ya "kosmik şüalardır". Onlardan arxa fənərlərdə, ön panelin qrafikasında və avtomobilin iş rejimlərindən asılı olaraq rəngini dəyişdirən təkər tağlarında da istifadə olunur: yükləmənin, parkinqin və hərəkətin də öz çalarları mövcuddur.

Onunla birlikdə interyerin işıqlandırması da dəyişir. Vision Starburst konseptinin salonunda mərkəzində kiçik monitor olan "kəsilmiş" sükan çarxını, iri virtual cihazlar panelini və multimedia sisteminin şaquli ekranı görmək olar. "Süzən" mərkəzi tuneldə transmissiyanın qeyri-adi dəstəyi var ki, seçilmiş ötürmədən asılı olaraq onun üzərində işıq xətləri yanır.

Yaradıcıları konsept avtomobilinin infrastruktur obyektləri və "ağıllı yollar" ilə "ünsiyyət qurma", habelə digər nəqliyyat vasitələrinə məlumat ötürmə qabiliyyətinə malik olduğunu bildirirlər. Çox güman ki, bu opsiyalar, yeni dizayn dilinin bir sıra aspektləri kimi, gələcəkdə Geely markasının "əmtəə" modellərində tətbiq ediləcəkdir. Vision Starburst isə şou avtomobili olaraq qalacaqdır - onun seriyaya getməsi planlaşdırılmır.скачать dle 11.3