Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş nazir Əli Əsədov sənaye məhəllələri ilə bağlı yeni qərar imzalayıb

26.11.2025 17:41 366
Baş nazir Əli Əsədov sənaye məhəllələri ilə bağlı yeni qərar imzalayıb
Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulacaq.

İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və yaxud yazılı formada məlumat verir. Ərizəçi məlumat alındığı tarixdən 5 iş günü müddətində sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəyir və ödənişi təsdiq edən sənədi idarəedici təşkilata təqdim edir.

Ərizəçi dövlət rüsumu ödənilməsi faktını təsdiqləyən sənədi təqdim etdikdən sonra sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim olunur və ya sifarişli poçtla göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Əsasnamənin 8.6-1-ci bəndində nəzərdə tutulan müddətdə təqdim olunmadıqda idarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini ləğv edir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə göndərir.скачать dle 11.3
Mojo.az Banner