Mojo.az Banner
21:14 Prokurorluq orqanlarında qulluqla bağlı imtahan mərhələsinin nəticələri açıqlandı  |     21:06 "Barselona"nın futbolçusunda rotavirus aşkarlanıb  |     20:45 Gəncədə sərxoş şəxs xəstəxanada öldü  |     20:25 Ödənişli yolda radar və müşahidə kameraları quraşdırıldı  |     20:24 Qeyri-neft sektoruna aid ixrac mallarının siyahısında qızıl birincidir  |     20:22 Azərbaycanda "Avtomobil nəqliyyatı haqqında" Qanun dəyişdi  |     20:21 MİDA Şirvan Yaşayış Kompleksindən mənzillləri satışa çıxarır  |     20:16 Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşüblər  |     19:47 Bakıda çoxmərtəbəli binada yanğın başlayıb: Sakinlər təxliyə olunurlar  |     19:23 Manatla pul kütləsində artım qeydə alınıb  |     19:21 Milli Məclis büdcə zərfini ikinci oxunuşda müzakirə edəcək  |     19:06 Honkonqda baş verən yanğınla əlaqədar 8 nəfər həbs edilib  |     18:48 Anar Əsədliyə ittiham aktı elan edildi  |     18:24 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     18:03 İlk dəfə manatın məzənnəsi 25 Türkiyə lirəsini keçdi  |     17:09 Maşın cəriməsinə görə qonşusunu öldürənə ağır cəza verildi  |     17:02 Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapıldı - Boğularaq öldürülüb  |     17:00 Dekabrın ilk ongünlüyündə hava yağıntılı olacaq  |     16:51 Almaniyada qaz kəmərlərinin partladılmasında şübhəli bilinən ukraynalı həbs edilib  |     16:25 AYNA-ya yeni səlahiyyət verildi  |    
Left Banner
Right Banner

Azərbaycan iki aydır yerli avtomobil istehsalını dayandırıb

12.06.2020 18:46 2 319
Azərbaycan iki aydır yerli avtomobil istehsalını dayandırıb
Azərbaycanda minik avtomobilinin istehsalı ikinci aydır ki dayanıb anbarlarda avtomobillərin sayı 67 ədədə düşüb.

Median.Az
bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, cari ilin ilk yanvar-may ayları aralığında 672 ədəd minik avomobilinin istehsal edildiyi qeyd edilir. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 27% azalma deməkdir.

Lakin, anbarlarda qalan avtomobillər isə satılmaqdadır. Belə ki, istehsal edilmiş avtomobillərdən 218 ədədi anbarda olduğu halda, ondan 151 ədədi satılıb.

İlin ilk rübündə ölkədə avtomobil istehsalı artmışdı ki, öncəki illə müqayisədə 2.4 dəfə artım idi. “Uğur hekayəsi” isə bununla da bitir. Belə ki, qeyd edilən 672 ədəd avtomobil məhz bu rübdə istehsal edilib. Pandemiya səbəbindən sərt karantin rejiminin tətbiq edildiyi aprel və may aylarında bir avtomobil belə istehsal edilməyib.

Yanvar ayı ərzində Azərbaycanda istehsal edilən minik avtomobilin sayı 192, fevralda 288 və martda isə 192 ədəd istehsal edilib.

Bununla belə Azərbaycanda yığılan avotmobillərin aprel ayında anbardan cəmi üçü satışa çıxarlıb.скачать dle 11.3