Mojo.az Banner
Son Xəbərlər
13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ödənişli yolda radar və müşahidə kameraları quraşdırıldı

28.11.2025 20:25 663
Ödənişli yolda radar və müşahidə kameraları quraşdırıldı
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları cari ilin yanvar ayında quraşdırılmışdı. Radarlar və xüsusi texniki vasitələrin quraşdırılmasına isə ötən həftədən başlanılıb. Quraşdırılan texniki vasitələr hazırda test rejimində işləyir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov bildirib ki, yolda radar və müşahidə kameralarının quraşdırılması işləri bir ay ərzində yekunlaşacaq. Proses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.

Mirqiyas Kazımovun sözlərinə görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.

Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.скачать dle 11.3

Son xəbərlər