Mojo.az Banner
16:29 Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi  |     15:48 DİN: İtkin düşən 6 nəfər tapılıb  |     15:00 Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib  |     14:24 Devid Kleyton-Tomas vəfat etdi  |     13:40 Ağsuda narkotik plantasiyası aşkar edildi  |     12:55 “Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb  |     12:14 Yaponiyada leysan və qasırğa səbəbindən 2,23 milyondan çox insan təxliyə edilib  |     11:50 Azərbaycan nefti BAHALAŞDI  |     11:49 Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir  |     11:48 Lənkəran meşələrində itkin düşən 8 nəfərin XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     11:45 Azərbaycanda səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçu vəfat etdi  |     11:42 34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi - FOTO  |     11:39 Türkiyədə evlilik dələduzluğu: Azərbaycanlı qadın və şəriki həbs olundu  |     11:35 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:34 Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb  |     11:00 Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq  |     10:57 Venesuelada zəlzələ nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI  |     23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |    
Left Banner
Right Banner

Maşın cəriməsinə görə qonşusunu öldürənə ağır cəza verildi

28.11.2025 17:09 408
Maşın cəriməsinə görə qonşusunu öldürənə ağır cəza verildi
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işinin məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vuqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra dövlət ittihamçısı çıxış edərək Elşən Rzayevin 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hökm oxunub, Elşən Rzayev 13 il azadlıqdan məhrum edilib.

O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Təqsirləndirilənin məhkəmədə deyindən belə məlum olub ki, Elşən Rzayevə məxsus avtomobili qonşusu Bəyiş Quliyev idarə edərkən qayda pozuntusuna yol verib. Onlar arasında mübahisəyə səbəb qayda pozuntusuna görə avtomobilin sahibinin cərimələnməsi olub. Bundan bir neçə gün sonra qonşular görüşüb aralarında yaranan mübahisəni həll etməyə çalışsalar da, bu, mümkün olmayıb. Təqsirləndirilənin dediyinə görə qarşı tərəf nalayiq söyüş söydüyündən ona iki bıçaq zərbəsi vurub.

Yaralını yaxınları xəstəxanaya çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, hadisə 2024-cü ilin dekabrında Bakının Yasamal rayonu ərazisində qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanılaraq istintaqa cəlb olunub.

Onun barəsində CM-nin 120.2 (qəsdən adamöldürmə ) maddəsi ilə ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner