Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Honkonqda baş verən yanğınla əlaqədar 8 nəfər həbs edilib

28.11.2025 19:06 879
Honkonqda baş verən yanğınla əlaqədar 8 nəfər həbs edilib
Honkonqda ən azı 128 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğınla bağlı araşdırma çərçivəsində 8 nəfər həbs edilib.

Median.Az
"South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, daha əvvəl yanğının baş verdiyi kompleksə nəzarət edən "Will Power Architects Company" konsaltinq şirkətinin iki rəhbər şəxsi həbs olunub. Sonra tutulan altı nəfər arasında binaya məsul subpodratçı qurumun iki rəhbər şəxsi də olub.

İşi araşdıran komissiya 13 ofisdə axtarış aparıb, texniki sənədləri və bank çıxarışlarını ələ keçirib.

Xatırladaq ki, noyabrın 26-da Honkonqun təxminən 4 min sakinin yaşadığı Tai Po rayonundakı yaşayış kompleksində bir neçə çoxmərtəbəli binada yanğın baş verib.

Son xəbərlər