Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları gücləndirilmiş iş rejiminə KEÇİB  |     22:59 Qəbələdə qar fəsad TÖRƏTDİ: Avtomobillər yoldan ÇIXDI - VİDEO  |     22:52 Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR  |     22:45 Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)  |     22:36 5 ildir səmadan gələn TV siqnallarının sirri açıldı  |     22:30 Bakıda yollar buz BAĞLADI: Zəncirvari QƏZA OLDU  |     22:22 Bəzi yollarda sürət həddi endirildi  |     22:15 Ukraynada Trampa məxsus platforma bloklandı  |     22:14 HƏMAS Qəzza zolağında ölən dörd girovun meyitini Qızıl Xaça təhvil verib  |     21:57 Yük maşınları yeni qaydada yoxlanılacaq  |     21:55 Heydər Əliyev Fondu yeni məktəblər inşa edir - VİDEO  |     21:51 ABŞ-nin Vergilər İdarəsi minlərlə əməkdaşı işdən çıxarır  |     21:49 Azərbaycanda institut direktoru vəzifəsindən AZAD EDİLDİ - FOTO  |     21:47 Müğənni Elçin Cəfərov QƏZAYA DÜŞDÜ  |     21:33 Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb?  |     21:25 Separatçıların məhkəməsi davam etdirilir  |     21:16 Bakıda güclü partlayış səsi eşidildi  |     21:09 NİİM-dən sürücülərə müraciət...  |     20:47 Ermənistanda keçmiş şəhər meri saxlanılıb  |     20:42 Naxçıvanda yol təmiri idarələri birləşdirilib  |    

Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinə qoşulmağa hazır olduğunu bildirib.

Median.Az
TASS-a istinadən xəbər verir ki, o, bu barədə iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclaslarından sonra gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə mətbuat konfransı zamanı danışıb.

"Mən regional və qeyri-regional layihələrdə inklüzivliyin təmin edilməsinin vacibliyini qeyd etmək istərdim. Bu kontekstdə biz Ermənistanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinə qoşulmaqda maraqlı olduğunu və hazır olduğunu vurğulayırıq", - Ermənistanın baş naziri deyib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar. Əldə edilmiş razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 km uzunluğunda Qara Dəniz Enerji sualtı elektrik kabelinin tikintisi nəzərdə tutulur. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, Macarıstana və Avropanın qalan hissəsinə nəql edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            282 30.01.25 20:24