Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

5 ildir səmadan gələn TV siqnallarının sirri açıldı

20.02.2025 22:36 858
5 ildir səmadan gələn TV siqnallarının sirri açıldı
Qərbi Avstraliyadakı Murchison Widefield Array radio teleskopu beş il ərzində naməlum televiziya siqnalları aşkar edib. Astronomlar bu siqnalların mənbəyini araşdırarkən gözlənilməz bir nəticə ilə qarşılaşıblar.

Qərbi Avstraliyada yerləşən Murchison Widefield Array radio teleskopunun məlumatlarını təhlil edən bir qrup astronom yaxın zamanda maraqlı və sirli bir hadisə ilə üzləşib.

13 milyard ildən çoxdur kainatda səhayət edən radio siqnallarını aşkar etmək üçün hazırlanmış teleskop gözlənilmədən televiziya siqnalına bənzəyən bir siqnal qeydə alıb.

Bu hadisə alimləri təəccübləndirib, çünki teleskop Avstraliya hökuməti tərəfindən radio dalğalarının minimum olduğu bir bölgəyə yerləşdirilmişdi. Bunun məqsədi, xarici müdaxilələrin qarşısını almaq idi. Lakin televiziya siqnalları fasiləsiz olaraq beş il davam edib. Astronomlar bu siqnalın göy üzündə hərəkət etdiyini də müşahidə ediblər.

Siqnalın mənbəyi: təyyarələr

Braun Universitetinin fizikası və Murchison Videfield Array layihəsinin ABŞ-dakı tədqiqat rəhbəri Conatan Pober verdiyi açıqlamada bildirib: "Birdən anladıq ki, siqnal çox güman ki, təyyarədən əks olunur”.

O, beş il ərzində qeydə alınan bu siqnalların əslində təyyarələrdən əks olunan televiziya yayımı olduğunu vurğulayıb.

Bu cür kənar siqnallar astronomik məlumatların təhlilinə mane olur və ciddi problemlər yaradır. Alimlər bunu masanın qarşı tərəfindəki şəxsi dinləməyə çalışarkən yanınızda bir uşağın yüksək səslə danışmasına bənzədiblər. Teleskoplar bu cür kənar siqnalları qəbul etdikdə, əsas hədəfləri olan məlumatları ayırmaq çətinləşir və toplanmış informasiyanın mühüm hissəsi yararsız hala gəlir.

Tədqiqat qrupu bu müdaxilənin mənbəyini müəyyənləşdirmək və onun həqiqətən də təyyarələrdən qaynaqlandığını təsdiqləmək üçün teleskopu yaxın obyektlərə yönəldərək xüsusi işıq dalğası yaratma texnikasından istifadə edib. Bu metod onlara təyyarə və ya peyk kimi yaxın obyektlərin hündürlüyünü müəyyənləşdirməyə imkan verib.

Tədqiqat nəticəsində obyektin orta hündürlüyünün təxminən 11,7 km olduğu müəyyən edilib ki, bu da kommersiya təyyarələrinin uçuş hündürlüyünə uyğun gəlir. Bundan əlavə, siqnalın sürəti hesablandıqda 792 km/saat olduğu aşkarlanıb ki, bu da tipik bir təyyarənin sürəti ilə üst-üstə düşür. Həmçinin, əks olunan siqnalın tezlik diapazonu Avstraliyanın "Channel 7" adlı rəqəmsal televiziya kanalına uyğun gəlib.

Conatan Pober deyib: “Bu, məlumatlardan insan müdaxiləsini çıxarmaq üçün mühüm bir addımdır. Müdaxilə mənbələrini düzgün müəyyənləşdirib aradan qaldıraraq, astronomlar müşahidələrini daha dəqiq apara və mühüm kəşflər etmək imkanlarını artıra bilərlər".

Alimlər indi təyyarələrdən əks olunan siqnalları süzgəcdən keçirərək faydalı astronomik məlumatları qorumağı hədəfləyirlər. Bu texnikanın peyklərdən gələn siqnal müdaxilələrini aradan qaldırmaq üçün də tətbiq edilməsi planlaşdırılır. Bununla belə, Yer ətrafında fırlanan peyklərin sayının artması və insan mənbəli radio siqnallarının çoxalması səbəbindən alimlər hesab edirlər ki, gələcəkdə radio astronomiyasını Ay kimi daha sakit bir mühitə köçürmək lazım gələ bilər.
//valyuta.az

Son xəbərlər