Mojo.az Banner
19:28 Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı  |     19:23 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     19:20 Ekspres marşrutların ilk və son dayanacağı - Video  |     19:15 Avtoxuliqanlıq edən moped sürücüsü həbs olundu  |     19:09 İcra başçısını təhqir edən şəxs həbs olundu  |     19:01 BMU məzunu dünyanın nüfuzlu ali təhsil müəssisini seçdi  |     18:55 Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi  |     18:46 Payız üçün ən dəbli saç rəngi açıqlandı  |     18:41 Ronaldo yeni imicdə  |     18:18 Kartdan-karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA  |     18:14 Sumqayıtda kafedə yanğın: Obyekt tamamilə külə döndü  |     18:02 Bakıda 18 istiqamətdə sıxlıq va  |     17:56 Bakı və bir sıra rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     17:47 Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı xərclər 1,4 milyard manatı ötüb  |     17:45 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib  |     17:30 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:07 Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Xırdalan qatarı yenə işləyəcək  |     16:57 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?  |     16:52 Sabah 37 dərəcə isti olacaq  |     16:49 Brüsseldən Bakı və İrəvana mühüm mesaj: Sülh yolunda irəliləyiş var  |    
Left Banner
Right Banner

Alış-veriş deyil, kütlə psixologiyası: "Qara cümə"də izdihamın səbəbləri..

28.11.2025 21:26 570
Alış-veriş deyil, kütlə psixologiyası:
"Qara cümə"də ən vacib məqam təhlükəsizlik və idarəetmənin gücləndirilməsidir".

Bunu qaynarinfo-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov 3 günlük "Qara Cümə"də (Black Friday) "Zara" mağazalar şəbəkəsinin qarşısında yaşanan izdihamın köklü səbəblərindən danışarkən deyib.

Sədr vurğualyıb ki, ticarət mərkəzlərinin birində yaşanan izdiham, əslində bir mağazaya marağın artması ilə bağlı deyil:

"Bu, daha geniş psixoloji və sosial proseslərin nəticəsidir. "Black Friday” kimi qlobal alış-veriş günlərində belə mənzərələrin təkrarlanması, insanların davranış modellərində müşahidə olunan kütlə psixologiyası, sosial təsir və istehlak yönümlü motivasiya ilə bağlıdır. İnsanlar kütlə halında hərəkət edərkən fərdi qərarvermə mexanizmləri zəifləyir. Sosial təsir "hamı gedirsə, mən də getməliyəm” düşüncəsi, həyəcanı və davranış impulslarını artırır. Bu zaman bir mağazanın qapıları açılanda yaranan sıxlıq artıq planlı davranışın deyil, instinktiv reaksiya və "itirmə qorxusu”nun (FOMO) nəticəsi olur”.

Elnur Rüstəmovun fikrincə, endirimdən geri qalmaq qorxusu, xüsusi bir fürsəti qaçırmaq hissi insanlarda impulsiv hərəkətləri artırır və nəticədə mağaza qarşısında nəzarətsiz axın yaranır:

"Bununla yanaşı, sosial şəbəkələrdə yayılan görüntülər də insanların davranışına ciddi təsir göstərir. Vizual təsdiq yəni orada izdihamın olması kütləyə "burada xüsusi bir şey var” mesajı verir və daha çox insanı ora cəlb edir. Bu da davranışın domino effekti ilə genişlənməsinə səbəb olur. Bu kimi halların hər il təkrarlanması da təsadüfi deyil. Dünyanın bir çox ölkələrində "Black Friday” günlərində eyni davranış mexanizmləri müşahidə olunur. Bu, həm marketinq strategiyalarının gücü, həm də istehlakçı psixologiyasının mahiyyəti ilə bağlıdır. İnsan beynində endirim və qənaət anlayışı hətta real ehtiyac olmadığı halda belə alış-verişi stimullaşdıran güclü motivasiya yaradır”.

Psixoloq hesab edir ki, burada ən vacib məqam təhlükəsizlik və idarəetmənin gücləndirilməsidir:

"Ticarət mərkəzləri və mağazalar belə günlərdə insanların psixoloji reaksiyalarını nəzərə alaraq giriş-çıxışın tənzimlənməsi, növbəlilik sistemlərinin qurulması və izdiham idarəçiliyinin təmin olunması üçün qabaqlayıcı addımlar atmalıdır. Çünki kütlə psixologiyası düzgün idarə olunmadıqda həm psixoloji gərginlik, həm də fiziki təhlükə riskini artırır. Müşahidə etdiyimiz bu hadisə təkcə alış-veriş mədəniyyəti ilə bağlı deyil. Bu, insanların sosial davranış modellərini, emosional reaksiyalarını və impulsiv qərarvermə mexanizmlərini göstərən bir sosial-psixoloji fenomendir. Bu fenomeni düzgün anlamaq və idarəetmə mexanizmlərini təkmilləşdirmək isə həm ictimai təhlükəsizliyi, həm də sağlam sosial mühitin qorunmasını təmin edir”.

Sosioloq Mail Yaqub bunun səbəbini son 100 ildə insanlarda bilərəkdən məntiq gücünün zəiflədilməsi ilə əlaqələndirib:

"Hiss emosional cəhəti inkişaf etdirdilər ki, məhsul çox satılsın. İnsan nə qədər məntiqlidirsə, bir o dədər alış-verişi zəifliyir. Amma insanda məntiq zəifləyəndə və emosional cəhət güclənəndə o daha çox alış-veriş edir. İstehlakçı müasir marketinq sistemi daha çox məhsul satmaq üçün məntiqi zəif olan müştərilərə ehtiyac duyur ki, daha çox məhsil satsın. Bunu da bacardılar. İndi təkcə geyimdə deyil, bu müxtəlif məhsullarda belədir. Məsələn, telefon, avtomobil və s. bütün əmtəələrdə bu proses yaşanır. Marketə gedirik, bizə lazım olmayan məhsulları da alırıq. Ona görə ki, gözəl vitirinlərə düzülüb və emosional hisslərimizi ovlayır. Məntiq deyir ki, sən marketə bu məhsulu almağa gəlməmisən, amma o düzülüş yalançı ehtiyac yaradır. Beləcə yalançı ehtiyac ucbatından insanlar dah çox alış-veriş edir. Heç şübhəsiz ağlı-məntiqi güclü olan insan səhər saat 07:00-dan mağaza qarşısında gözləməz. Məsələn, 50-100 manat daha ucuz məhsul alacaq”.

Sosioloq bütün dünyada bu prosesin getdiyini qeyd edib:

"İnsanların əksəriyyəti həmin bu hisslərinə tabedilər və məntiqlə qərar verə bilmirlər”.

Qeyd edək ki, Bakıda ticarət mərkəzlərinin birində izdiham yaşanıb. Sosial şəbəkədə yayılan görüntüdən məlum olur ki, "Zara" mağazasının qarşısına toplaşan şəxslər qapılar açılan kimi içəriyə axın ediblər. Hətta bəzi alıcılar səhər saat 07:00-dan gəldiyini də gizlətməyib.

скачать dle 11.3
Mojo.az Banner