Mojo.az Banner
23:00 FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib  |     22:52 Samuxda 22 yaşlı qadını maşın vurdu  |     22:45 AĞIR QƏZA: ölən və xəsarət alanlar var  |     22:36 Zəngli saat qurmağı unudun!  |     22:28 Bu bürcləri böyük sürpriz gözləyir  |     22:20 Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı  |     22:13 Azərbaycanda Ermənistana növbəti tədarük həyata keçirilib  |     22:06 Bu yağları alarkən diqqətli olun  |     21:58 Gəncədə toyda dava: Xəsarət alan var  |     21:50 İspaniyada anomal istilər səbəbindən rekord sayda ölüm halı qeydə alınıb  |     21:42 Nepalda üç yaşlı qızın qətli kütləvi etirazlara səbəb oldu - VİDEO  |     21:33 Moskvadakı müəmmalı görüşlər başa çatdı: ABŞ hərbi təyyarəsi Rusiyadan ayrıldı - FOTO - VİDEO  |     21:26 İşıqlar içində tarix: Daşkənddə möhtəşəm 3D-meppinq şou keçirilib - FOTO  |     21:18 Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib - VİDEO  |     21:11 53 yaşlı kişi qətlə yetirilib  |     21:00 Yaponiyada isti hava beş mindən çox insanı xəstəxanalıq etdi  |     20:46 Şəhid Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı qazandı: "Çox xoşbəxtəm"  |     20:38 Novxanıda avtomobil marketə çırpılıb - VİDEO  |     20:30 "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO  |     20:16 Elxan Mütəllimova yüksək VƏZİFƏ VERİLDİ  |    
Left Banner
Right Banner

Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR

20.02.2025 22:52 1 371
Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR
Bakıda hərraca çıxarılacaq "Rolls Royce"un sahibi bəlli olub.

Məhkəmə qaydasında müsadirə edilən 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobil Azərbaycanlı iş adamı, "Eurohome” ticarət mərkəzinin rəhbəri, həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətova aiddir. Dövlət nömrə nişanındakı "AF” hərfləri bunu ifadə edir.

Mediada yer alan məlumatlardan məlum olur ki, Azay Möhnətov həmçinin, "AF Hotel Aqua Park"ın, "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür.

Qeyd edək ki, ötən gün Bakıda "Rolls Royce Ghost" avtomobili hərraca çıxarılması ilə bağlı elan paylaşılıb. Lüks avtomobilin minimal satış qiymətinin 262 500 manat, ilkin qiymətinin isə 375 min manat olduğunu açıqlanıb. 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli "Rolls Royce Ghost" 75 min kilometr yürüş edib.

Avtomobilin ilk hərracı martın 6-da keçiriləcək.

Xatırladaq ki, bu tipli hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.






Mənbə: "Yeni Sabah”


скачать dle 11.3
Mojo.az Banner