Çin vətəndaşları il ərzində üç dəfə Azərbaycana vizasız səfər edə bilərlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 “Traktor”dan “Qarabağ”ın təbrikinə maraqlı cavab - FOTO  |     22:56 Mövsümündən əvvəl yetişən alça və çiyələklə bağlı QORXUNC TƏHLÜKƏ  |     22:49 Qubada 36 yaşlı kişi ÖZÜNÜ ASDI  |     22:41 Sumqayıtda silah-sursat aşkarlandı  |     22:36 KİV: Netanyahu Azərbaycana səfərini təxirə saldı  |     22:07 Bakıda masaj salonunda jurnalistlə işçilər arasında gərgin anlar yaşanıb - VİDEO  |     21:48 Qatar 15 dəqiqə tuneldə qalıb (VİDEO)  |     21:44 Tramp NATO ölkələrinə ultimatum verdi  |     21:35 Niyə taksilərdə POS-terminal quraşdırılmır? - AÇIQLAMA  |     21:28 Ərdoğan: Türkiyə dünyada PUA texnologiyasında ən inkişaf etmiş üç ölkə arasındadır  |     21:20 Sumqayıtda silah-sursat aşkarlanıb  |     21:13 Çin səfiri: ABŞ-ın rüsum təzyiqləri Pekini qorxutmayacaq  |     20:59 İranda ildırım vurması nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |     20:50 Azərbaycan komandası Avropa Kubokunda daha bir medal qazanıb  |     20:41 Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb  |     20:27 Zurabişvilinin evi gülləbaran edildi - Yaralananlar var  |     20:03 “Zelenski Moskvadakı parada qatılacaq dünya liderlərini hədələyib”  |     19:49 Qubada DƏHŞƏT: sübh tezdən həyətdə özünü öldürdü  |     19:28 İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib  |     19:16 İndoneziya sahillərində güclü zəlzələ baş verib  |    

Çin vətəndaşları il ərzində üç dəfə Azərbaycana vizasız səfər edə bilərlər

Çin vətəndaşları 2024-cü il iyulun 20-dən başlayaraq 2025-ci il iyulun 20-dək bir il ərzində Azərbaycana üç dəfə vizasız səfər edə bilərlər.

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Məlumata görə hər səfərində Çin vətəndaşları Azərbaycanda 30 günədək qala bilərlər.

Vizasız rejim 3 iyul 2024-cü il tarixində qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”sinə uyğun həyata keçiriləcək.

Qeyd edilib ki, sözügedən şəxslər Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olduqda Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Müvafiq dövr ərzində 3 dəfədən çox Azərbaycana səyahət etmək və ya ölkədə 30 gündən artıq müddətə qalmaq istəyən Çin vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada viza əldə etdikdən sonra ölkəyə gələ bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            882 16.07.24 19:40