Mojo.az Banner
19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Zurabişvilinin evi gülləbaran edildi - Yaralananlar var

03.05.2025 20:27 726
Zurabişvilinin evi gülləbaran edildi - Yaralananlar var
Bu gün səhər saatlarında Köhnə Tiflisdə, Qudiaşvili meydanının yaxınlığında, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin evinin qarşısında atışma baş verib.

Median.Az xəbər verir ki, bu barədə sabiq prezident özü "Facebook" səhifəsində bildirib.

Zurabişvili paylaşımında qeyd edib ki, ümumilikdə səkkiz dəfə atəş açılıb və güllələrdən biri onun evinin həyətinə düşüb. Hadisə nəticəsində iki nəfər yaralanıb.
Onun sözlərinə görə, saat 04:20 radələrində bir neçə şəxsin iştirak etdiyi kütləvi dava baş verib. Davanı qışqırıqlar müşayiət edib və sonu atışma ilə bitib.

"Bu gecə pəncərəmin qarşısında baş verənlər düşündürücüdür... Söhbət artıq təkcə mənim şəxsi təhlükəsizliyimdən yox, bütün şəhərin təhlükəsizliyindən gedir", - deyə Zurabişvili yazıb.
O, güllələrin düşdüyü yerləri göstərən fotoları da paylaşıb və bir daha xatırladıb ki, artıq dövlət mühafizəsindən məhrum edilib.

Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər arasında münaqişə baş verib və bu zaman iki nəfər odlu silahla yaralanıb. Nazirliyin məlumatına görə, şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib və onun tutulması istiqamətində tədbirlər görülür. (Musavat.com)
скачать dle 11.3
Mojo.az Banner