Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Zurabişvili postunda qalmaqda israr edir: Yeni prezidentin andiçmə mərasimi günü nə edəcək?

27.12.2024 20:26 864
Zurabişvili postunda qalmaqda israr edir: Yeni prezidentin andiçmə mərasimi günü nə edəcək?
"Prezidentin andiçmə mərasiminin hüquqi qüvvəsi yoxdur, ona görə də mən prezident olaraq qalıram və fəaliyyətimi davam etdirirəm".

Median.Az
-ın "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbərinə görə, bu sözləri Gürcüstanın Prezidenti Salome Zurabişvili Britaniyanın "Rest Is Politics" podkastında deyib.

Bazar günü - dekabrın 29-da yeni seçilmiş prezident Mixail Kavelaşvilinin andiçmə mərasimində nə edəcəyi ilə bağlı suala isə Zurabişvili maraqlı cavab verib.

O qeyd edib ki, bu barədə bazar günü elan edəcək, çünki hakim partiya onun planlarından əvvəlcədən xəbərdar olmamalıdır.

Xatırladaq ki, dekabrın 29-da Salome Zurabişvilinin prezident kimi səlahiyyət müddəti başa çatır və o, öz postunu tərk etməlidir. Zurabişvili isə bununla razılaşmır və vəzifəsindən getməyəcəyini iddia edir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze məsələ ilə bağlı bildirib ki, Zurabişvilinin müstəqil şəkildə prezident iqamətgahını tərk edəcəyinə ümid edir, çünki əks təqdirdə, onu zorla çıxarmaq lazım gələcək.скачать dle 11.3

Son xəbərlər