İndoneziya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Median.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Qeyd olunur ki, yeraltı təkanların episentri Qorontalo şəhərindən 155 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 109 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.