Sumqayıtda silahlı basqın törədən şəxs cinayət motivini etiraf etdi - YENİLƏNİB (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 “Traktor”dan “Qarabağ”ın təbrikinə maraqlı cavab - FOTO  |     22:56 Mövsümündən əvvəl yetişən alça və çiyələklə bağlı QORXUNC TƏHLÜKƏ  |     22:49 Qubada 36 yaşlı kişi ÖZÜNÜ ASDI  |     22:41 Sumqayıtda silah-sursat aşkarlandı  |     22:36 KİV: Netanyahu Azərbaycana səfərini təxirə saldı  |     22:07 Bakıda masaj salonunda jurnalistlə işçilər arasında gərgin anlar yaşanıb - VİDEO  |     21:48 Qatar 15 dəqiqə tuneldə qalıb (VİDEO)  |     21:44 Tramp NATO ölkələrinə ultimatum verdi  |     21:35 Niyə taksilərdə POS-terminal quraşdırılmır? - AÇIQLAMA  |     21:28 Ərdoğan: Türkiyə dünyada PUA texnologiyasında ən inkişaf etmiş üç ölkə arasındadır  |     21:20 Sumqayıtda silah-sursat aşkarlanıb  |     21:13 Çin səfiri: ABŞ-ın rüsum təzyiqləri Pekini qorxutmayacaq  |     20:59 İranda ildırım vurması nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |     20:50 Azərbaycan komandası Avropa Kubokunda daha bir medal qazanıb  |     20:41 Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb  |     20:27 Zurabişvilinin evi gülləbaran edildi - Yaralananlar var  |     20:03 “Zelenski Moskvadakı parada qatılacaq dünya liderlərini hədələyib”  |     19:49 Qubada DƏHŞƏT: sübh tezdən həyətdə özünü öldürdü  |     19:28 İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib  |     19:16 İndoneziya sahillərində güclü zəlzələ baş verib  |    

Sumqayıtda silahlı basqın törədən şəxs cinayət motivini etiraf etdi - YENİLƏNİB (FOTO)

Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb.

APA xəbər verir ki, iki nəfərin ölümü və dörd nəfərin xəsarət alması ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qətl, iki və daha çox şəxsin öldükdə), 29.120.2.7-ci (iki və daha çox şəxsin öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri cinayət işi açılaraq istintaqı aparılır.

İş üzrə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. O, törətdiyi əməli etiraf edib və hadisəsi qisas məqsədilə törətdiyini deyib. Hazırda istintaq orqanı tərəfindən onun dindirilməsi prosesi həyata keçirilir. Şübhəli şəxs dövlət hesabına vəkillə də təmin edilib.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər - Tərlan Fərəcova, Serkan Karakaş, Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

* * * * *

Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisənin motivi ilə bağlı daha bir iddia ortaya çıxıb.

Belə ki, “Trend”in məlumatına görə, ailə yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib.

Ailənin bildirdiyinə görə, hadisədən sonra pul evdə tapılmayıb.

Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilir.

* * * * *

Sumqayıtın Corat qəsəbəsində fərdi yaşayış evinə basqın edərək iki nəfəri qətlə yetirməkdə, daha dörd nəfərə ağır xəsarət yetirməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.


“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, M.Tağıyev hadisə yerinə gedərkən kameraya düşüb və həmin görüntülər cinayətin açılmasında əhəmiyyətli rol oynayıb. Belə ki, hadisə sutkanın qaranlıq vaxtı baş verdiyindən M.Tağıyevi demək olar ki, görən olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yaralıların özünə gəlməsini və onlara atəş açan şəxsin kamera görüntüləri ilə tanış olmasını gözləyib. Bu zaman hadisə yerinə ilk gələnlərdən olan və atası ilə birgə xəsarət alan polis sahə müvəkkili Etibar Sarıyev Müşfiq Tağıyevi tanıyıb. O, kameradakı şəxsin həmin məhəllədə bir qədər aralıdakı evdə yaşadığını deyib.

Bundan sonra polisin həyata keçirdiyi əməliyyatla Müşfiq Tağıyev saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi silah götürülüb.

İlkin araşdırmalar zamanı Müşfiq Tağıyev evinə basqın etdiyi Dağbəyi Fərəcovun İsveçrədə yaşayan oğlu Anar Fərəcovla ədavətinin olduğunu deyib. O, illər əvvəl Anarla arasında münaqişənin olduğunu və onun ölkəyə qayıtmasını öyrəndikdən sonra yaşadığı evə basqın edərək Anarı qətlə yetirmək istədiyini bildirib.

Lakin hadisə vaxtı Anar Fərəcov evdə olmayıb. Nəticədə qapını açan Dağbəyi Fərəcov və səsə çıxan qızı Suzana Karakaş aldıqları güllə yarasından vəfat edib. D.Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova, kürəkəni Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – polis zabiti Etibar Sarıyev və atası Mehman Sarıyev xəsarət alıb.

Müşviq Tağıyevin əlində silahla kameraya düşən görüntüsünü təqdim edirik:


* * * * *

Okytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfərin ölümü və dörd nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev saxlanılıb. Onlar qonşu olublar.

Xatırladaq ki, silahlı hücumu törədən şəxs 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində fərdi yaşayış evinə gəlib. Bu zaman əlindəki ov tüfəngi ilə 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və onun atası, 1950-ci il təvəllüdlü Dağbəyi Fərəcovu öldürüb.

Daha sonra isə Suzannanın həyat yoldaşı Serkan Karakaşı və anası Tərlan Fərəcovanı da vurub.

Silah səsinə qonşular hadisə yerinə gəliblər. Bu zaman 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev də xəsarət alıblar.

E.Sarıyev polisdir. Dağbəyi Fərəcovun kafe işlətdiyi bildirilir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 962 30.10.23 11:33