Mojo.az Banner
12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |     11:31 Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı  |     11:30 Bəzi rayonlarda duman müşahidə olunur - Faktiki hava  |    
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov və Hakan Fidan İstanbulda bir araya gəldilər: Masada hansı məsələlər var?

08.06.2026 22:39 549
Ceyhun Bayramov və Hakan Fidan İstanbulda bir araya gəldilər: Masada hansı məsələlər var?
İyunun 8-də İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış üçtərəfli əməkdaşlıq mexanizminin regional sabitliyin, təhlükəsizliyin, habelə enerji və nəqliyyat bağlantılarının inkişafında mühüm rolunu vurğulayıblar. Bu çərçivədə Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, regional tranzit imkanlarının genişləndirilməsi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər regionda davamlı sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini qeyd edərək, əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə və əlaqələndirilmiş səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.скачать dle 11.3
Mojo.az Banner