Mojo.az Banner
21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |     20:49 Ağdamda toyda dava: Xəsarət alan var  |     20:41 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub  |     20:35 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı  |     20:27 Cəmi 4 gün iş olmayacaq - Bu tarixlərdə  |     20:22 Coni ad və soyadını dəyişib? - FOTO  |     20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |     20:09 Metro ilə sərnişin daşınması azalıb, avtobusla artıb  |     20:03 Azərbaycanda mis bumu yaşanır: istehsal və ixrac artır  |     19:56 Ukraynada qadınların səfərbərliyi ilə bağlı YENİ İDDİA  |     19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir

04.06.2026 22:22 486
Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir
Parlament seçkisində iştirak etmək üçün xaricdən, o cümlədən Rusiyadan gələn Ermənistan vətəndaşları sərhəddə və İrəvan hava limanında hərbi toplanışlara çağırış vərəqələri ilə qarşılaşıblar.

Median.Az
"Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin aparat rəhbərinin köməkçisi Taron Çaxoyan məlumat verib.

"Xaricdən gələn Ermənistan vətəndaşları 25 günlük təlim toplanışlarına çağırılacaqlar. İmtina edənlər isə cinayət məsuliyyətinə cəlb olunacaqlar", - deyə Çaxoyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanda hərbi toplanışlar bu il martın 31-dən iyunun 19-dək davam edir. Məsələni şərh edən Ermənistanın müdafiə naziri Suren Papikyan bəyan edib ki, ölkəyə gələn hərbi mükəlləfiyyətli vətəndaşların vətən qarşısında borcu var. Papikyan bu qaydanın yalnız Rusiyadan gələnlərə aid olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib ki, tələb Fransa, ABŞ və digər ölkələrdən gələn bütün hərbi mükəlləfiyyətli şəxslərə şamil olunur.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner