Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

01.06.2026 20:42 555
Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Zooloji Parkında "Gələcək uşaqlara məxsusdur" adlı ənənəvi bayram şənliyi keçirilib.

Median.Az
xəbər verir ki, Bakı Abadlıq Xidmətinin dəstəyi ilə təşkil olunan şənlikdə 1, 2 və 3 saylı uşaq evlərindən, eləcə də müxtəlif uşaq inkişaf mərkəzləri və bağçalardan ümumilikdə 250-dən çox uşaq iştirak edib.

Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli və maarifləndirici proqram təqdim olunub. Zooloji Parkın müxtəlif guşələrində təşkil edilən müsabiqələr və oyunlar balacaların böyük marağına səbəb olub. Sehrbazların çıxışları və cizgi film qəhrəmanlarının iştirakı isə şənliyə xüsusi rəng qatıb.

Bayram tədbirində uşaqların yaradıcılıq bacarıqlarını nümayiş etdirməsi üçün də şərait yaradılıb. Balacalar rəsm çəkmə, ekoçantaların bəzədilməsi, gips fiqurların rənglənməsi kimi müxtəlif ustad dərslərində fəal iştirak ediblər.

Tədbirin əsas istiqamətlərindən biri də ekoloji maarifləndirmə olub. Bakı Zooloji Parkının lektoriyasında uşaqlara heyvanların həyat tərzini əks etdirən animasiyalar nümayiş etdirilib, onların biologiyası və davranış xüsusiyyətləri barədə maraqlı təqdimatlar keçirilib. Açıq hava ekskursiyası zamanı isə uşaqlar heyvanların xarici quruluşu, yaşayış mühiti və həyat şəraiti haqqında əyani məlumatlar əldə ediblər.

Təbiətə məsuliyyətli münasibətin formalaşdırılması və heyvanlara qarşı mərhəmət hissinin aşılanması məqsədilə uşaqlara bəzi heyvanlarla birbaşa təmasda olmaq, onları bəsləmək və qulluq etmək imkanı yaradılıb.

Tədbir çərçivəsində IDEA Heyvanlara Qayğı Mərkəzinin təşkilatçılığı ilə himayə guşəsi də fəaliyyət göstərib. Burada uşaqlara küçə heyvanlarına qayğı göstərməyin əhəmiyyəti barədə məlumat verilib, onlarda canlılara sevgi və məsuliyyət hissinin gücləndirilməsi təşviq olunub.

Bayram şənliyi uşaqların sevinc dolu anları, əyləncəli fəaliyyətləri və maarifləndirici proqramı ilə yadda qalıb.//oxu.az

скачать dle 11.3
Mojo.az Banner