Mojo.az Banner
20:10 Havanın çirklənməsi psixi sağlamlığımıza və intihar riskinə necə təsir edir?  |     19:55 Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi  |     19:50 Bir ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" (VİDEO)  |     19:41 "Anthropic" və "OpenAI"dan Al təhlükəsi xəbərdarlığı: Bu, bəşəriyyəti xilas edə bilər  |     19:36 Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək  |     19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının YENİ STATİSTİKASI

01.06.2026 12:24 690
Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının YENİ STATİSTİKASI
Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı yeni statistika açıqlanıb.

Bu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında əksini tapıb.

Qeyd olunub ki, I Qarabağ müharibəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş şəxslərlə bağlı ümumilikdə 4 003 nəfər qeydiyyata alınıb. Onlardan 3 221 nəfəri hərbçi, 782 nəfəri isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs yer alıb.

Qeydiyyata alınan şəxslərdən 3 714 nəfəri kişi, 289 nəfəri isə qadındır.

Bundan başqa, şəxsiyyəti müəyyən edilən 226 itkin-şəhidin nəşi ailələrinə təhvil verilərək dəfn olunub.

Bildirilib ki, I Qarabağ müharibəsi dövründə əsir və girovluqdan azad edilənlərin sayı 1 702 nəfər təşkil edib. Onlardan 424 nəfəri hərbçi, 1 278 nəfəri isə mülki şəxs olub.

Vətən müharibəsi ilə bağlı statistikaya əsasən isə Dövlət Komissiyasında 6 nəfər hərbçi itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Həmçinin Vətən müharibəsi zamanı əsir və girovluqdan azad edilənlərin sayı 29 nəfər olub. Onlardan 23 nəfəri hərbçi, 6 nəfəri isə mülki şəxsdir.скачать dle 11.3
Mojo.az Banner