Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Dəniz mənzərəli ev alanlar problemlə üzləşməmək üçün nəyə diqqət etməlidirlər? - Video

12.05.2026 11:59 711
Dəniz mənzərəli ev alanlar problemlə üzləşməmək üçün nəyə diqqət etməlidirlər? - Video
Dəniz mənzərəsinə olan maraq bəzən vətəndaşlar üçün ciddi maddi itkiyə çevrilir.

Median.Az
Xəzər TV-yə istinadla xəbər verir ki, dəniz mənzərəli binalarda mənzillər digər mənzillərlə müqayisədə 30-50 faiz daha baha qiymətə təklif olunur. Lakin sonradan həmin mənzillərin qarşısında yeni bina tikildikdə və mənzərə bağlandıqda, daşınmaz əmlakın bazar dəyəri kəskin şəkildə aşağı düşür.

Əmlak eksperti Firdovsi Xəlilov bildirib ki, şəhərin bəzi ərazilərində vətəndaşların mənzərəyə aldanma riski daha yüksəkdir. Onun sözlərinə görə, bu risk ərazinin relyefi və tikilən binanın mərtəbə sayı ilə birbaşa bağlıdır.

Vəkil Tural Şahbazov isə məsələnin hüquqi tərəfinə diqqət çəkərək qeyd edib ki, problem müqavilə əsasında tənzimlənməlidir.

O bildirib ki, əgər vətəndaş mənzil alarkən müqavilədə "dəniz mənzərəsi" ilə bağlı xüsusi bəndin daxil edilməsinə nail olubsa, gələcəkdə mənzərə bağlandığı halda məhkəməyə müraciət edərək təzminat tələb edə bilər.

Mütəxəssislərin fikrincə, mənzil alarkən mənzərəyə görə əlavə ödəniş edən şəxslər müqavilədə bunun ayrıca qeyd olunmasına xüsusi diqqət yetirməlidirlər.

Əks halda, bir gün pəncərədən baxarkən dəniz əvəzinə qarşıdakı binanın divarı ilə üz-üzə qala bilərlər.
скачать dle 11.3
Mojo.az Banner