Mojo.az Banner
14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |    
Mojo.az Avto
Mojo.az Avto

Faşizm üzərində qələbədən 81 il ötür

09.05.2026 13:13 576
Faşizm üzərində qələbədən 81 il ötür
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 81 il keçir.

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.

1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli "Barbarossa" planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şərəf" ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23.5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
скачать dle 11.3
Mojo.az Banner