Mojo.az Banner
12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |     11:31 Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı  |     11:30 Bəzi rayonlarda duman müşahidə olunur - Faktiki hava  |     11:29 Azərbaycan nefti ucuzlaşıb  |     11:27 Alla Axundova VƏFAT ETDİ - FOTO  |     11:26 "Qəbələ" Elvin Camalovu heyətinə qatdı - RƏSMİ  |     11:25 19 yaşlı Xədicənin ölümünün təfərrüatı: Qonşular əl qumbarasının evə necə gətirildiyini açıqladılar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur?

06.05.2026 16:33 837
Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur?
"Kartdan ödəniş zamanı sinxronizasiya - bu cür mexanizm nəqliyyat ödəniş sistemlərində normal praktika hesab olunur və bir çox ölkələrdə tətbiq edilir".

Median.Az
"Unikal"a istinadən xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, terminal ödənişi qəbul edir və məlumatı sistemə ötürür:

"Ödəniş zamanı sistem kartda vəsaitin olub-olmadığını dərhal tam yoxlamaya da bilər. Sərnişin ödənişi etdikdən sonra vəsaitin bir neçə gün sonra tutulması halları mümkündür".

O, həmçinin vurğulayıb ki, əslində, sistem sonradan kart balansını yoxlayır.

"Nümunə olaraq, kartda həmin anda vəsait olmasa belə, aparat sərnişinə keçid imkanı verir. Lakin sistem həmin kart üzrə borcun yarandığını qeydə alır. Daha sonra müəyyən müddətdən sonra karta yenidən müraciət olunur və balansda vəsait olub-olmadığı yoxlanılır. Əgər vəsait daxil olubsa, məbləğ sonradan tutulur".

AMB sədri onu da əlavə edib ki, bu praktika nəqliyyat sahəsində geniş istifadə olunur:

"Çünki sərnişin kartında pul olmasa belə, avtobusdan və ya qatardan istifadə edə bilir. Daha sonra isə sistem arxa planda kartı periodik şəkildə yoxlayaraq ödənişi həyata keçirməyə çalışır. Balansda vəsait olmadıqda isə yoxlamalar davam etdirilir".

T.Kazımov bildirib ki, terminalların sinxron işləməsi ilə bağlı texniki məsələlər birbaşa həmin ödəniş sistemlərini idarə edən tərəflərin səlahiyyətindədir.

"Bu proseslər əsasən beynəlxalq ödəniş və maliyyə sistemləri tərəfindən müəyyənləşdirilir", - deyə o fikrini tamamlayıb.
скачать dle 11.3
Mojo.az Banner