Mojo.az Banner
15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |     15:27 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü  |     13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |     13:32 Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib  |     13:19 37 yaşlı musiqiçi evində ölü tapıldı  |     13:11 Bakıda səfərdə olan Ermənistanın kəşfiyyat rəhbəri İrəvana niyə gec qayıdıb?  |     13:02 Paşinyan: "İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq"  |     13:01 Azərbaycan nefti bahalaşdı  |     12:53 Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB  |     12:43 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT  |     12:39 Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi  |     12:38 Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub  |     12:36 Azərbaycana payız gəldi  |     12:34 Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video  |     12:28 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi  |     12:26 Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər  |     12:09 Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı  |     12:06 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video  |     11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |    
Mojo.az Avto
Mojo.az Avto

Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB

03.04.2026 11:48 951
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB
Uzun müddət Azərbaycanın siyasi elitasında təmsil olunmuş, 5 il Prezident Administrasiyasında Ramiz Mehdiyevin müavini işləmiş, həmçinin 20 il Prezident Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri və bir müddət Baş nazir vəzifəsini tutmuş Novruz Məmmədov daha bir işini itirib.

Median.Az
Modern.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dillər Universitetinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Novruz Məmmədov bir müddət əvvəl bu ali təhsil ocağında müəllim kimi fəaliyyətini dayandırıb. Bildirilib ki, N.Məmmədov öz ərizəsi ilə işdən çıxıb.

Onun indiyədək 7 kitabı, həmçinin rəhbərlik etdiyi və baş redaktoru olduğu 7 nəşr, 3 tərcümə əsəri çap olunub. Sabiq məmur, həmçinin elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.

Xatırladaq ki, Azərbaycanın 9-cu baş naziri olmuş N.Məmmədov vəzifəyə təyin olunduqdan 6 ay sonra öz ərizəsi ilə işdən çıxmışdı.

N.Məmmədov 19 noyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdu. 2024-cü ilin mayında isə bu vəzifədən azad olunmuşdu.

N.Məmmədova yaxın olan dairələrin verdiyi məlumata görə, onun səhhətində ciddi problemlər olduğundan işə çıxması mümkünsüzdür.скачать dle 11.3
Mojo.az Banner