Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

ICESCO-nun baş direktoru Azərbaycan Prezidentini təbrik edib

12.02.2026 17:06 855
ICESCO-nun baş direktoru Azərbaycan Prezidentini təbrik edib
ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Median.Az
President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri. "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməyiniz münasibətilə Sizə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.

Mərhum Şeyx Zayedin adını daşıyan bu xüsusi mükafat həyatını tolerantlıq və dinc yanaşı yaşamaq dəyərlərinə həsr etmiş bir liderə layiqli ehtiramdır. Bu şərəfə layiq görülməyiniz cəsarətli liderliyinizin və Cənubi Qafqaz üçün yeni bir sülh fəsli yaratmaq məramına sarsılmaz sadiqliyinizin bariz sübutudur.

Biz Azərbaycan və Ermənistan arasında tarixi sülh təşəbbüsünü böyük ümidlə izlədik. Zati-alinizin də qeyd etdiyi kimi, 2025-ci il avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonrakı aylarda hər iki ölkə cəmiyyətinin ikitərəfli ticarət və tranzit sahəsində ümidverici addımlar da daxil olmaqla, sülhün real faydalar gətirməsinin şahidi olduğunu görmək çox ruhlandırıcıdır. Dialoqdan əməkdaşlığa doğru bu əhəmiyyətli irəliləyiş həqiqətən təqdirəlayiqdir.

ICESCO yekun və hərtərəfli Sülh Sazişinə doğru bu həyati əhəmiyyətli irəliləyişi qətiyyətlə dəstəkləyir. Əminik ki, bu gün qoyulan təməllər regionun gələcək nəsilləri üçün davamlı sabitliyi, təhlükəsizliyi və rifahı təmin edəcəkdir. Təşkilatımız qarşılıqlı anlaşma və həmrəylik körpüləri qurmağı hədəfləyən təhsil, elm və mədəniyyət proqramları vasitəsilə bu səyləri dəstəkləməyə hazırdır.

Azərbaycan xalqı üçün daha firavan və dinc gələcək qurmağa sadiqliyiniz hər dəfə məndə dərin təəssürat yaradır. Bu mükafat Sizin siyasətinizin hazırda regionda harmoniyaya yol açdığını bir daha təsdiqləyir.

Zati-aliləri, bu beynəlxalq mükafata layiq görülməyiniz münasibətilə bir daha səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm. Azərbaycan Respublikasını sarsılmaz sülh və qardaşlıqla müəyyən edilmiş gələcəyə doğru istiqamətləndirmək yolunda Sizə davamlı uğurlar arzulayırıq.

İcazə verin, bu fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı bildirim".скачать dle 11.3
Mojo.az Banner