Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ramil Usubov Viktor Mahmudovla görüşüb

11.12.2025 13:09 723
Ramil Usubov Viktor Mahmudovla görüşüb
Dekabrın 10-da Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşüb.

Bu barədə Azərbaycan Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilib ki, görüş zamanı dünyada baş verən qarşıdurmaların, hərbi-siyasi çağırış və təhdidlərin artdığı müasir dövrdə əməkdaşlığın və birgə səylərin vacibliyi, dövlətlərimizin başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğun olaraq, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, səmərəli işbirliyinin ən müxtəlif sahələr üzrə inkişaf etdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı hərbi və hərbi-texniki sahədə əlaqələrın daha da möhkəmləndirilməsinin, genişləndirilməsinin, o cümlədən qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi, bunun da təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində yeni imkanlar açacağına əminlik ifadə edilib.скачать dle 11.3
Mojo.az Banner