Mojo.az Banner
19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |     19:15 Tanınmış rəssam vəfat etdi  |     19:10 Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb - Səbəbi isə... (FOTO)  |     19:01 Qarabağ Universitetində yeni təyinat  |     18:54 Universitetdən qovulan tələbə videomüraciət yaydı  |     18:48 Bakıda oğurluq edənlər tutuldu  |     18:40 Sabah 35° isti olacaq  |     18:35 Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi  |     18:26 Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı  |     18:21 Bakıda piyada keçidindəki eskalatorlar işləmir - VİDEO  |     18:21 Bu şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək  |     18:13 Şəhidin həyat yoldaşı vəfat etdi  |     18:08 Şəxsiyyət vəsiqəsində ananın adı niyə yoxdur? - VİDEO  |     18:05 Paytaxtın hazırda bəzi küçələrində sıxlıq var - SİYAHI  |     17:35 Qayınata gəlininin qətlində təqsirləndirilir  |     17:35 Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük  |    
Mojo.az Avto
Mojo.az Avto

Depardye Rusiya Kinematoqrafçılar İttifaqından çıxarılır

01.03.2025 14:52 1 290
Depardye Rusiya Kinematoqrafçılar İttifaqından çıxarılır
Fransalı kino ulduzu Jerar Depardye Rusiya Kinematoqrafçılar İttifaqından xaric edilə bilər.

"Abzas" nəşri bu barədə aktyorun nümayəndəsi Arno Frilleyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, fransız aktyor ittifaqa üzvlük haqqına görə yeddi il üçün 9.5 min rubl (185 manat) borclu qalıb.

"Depardye Klim Lavrentyevin xahişi ilə üzvlüyə razılaşıb. Bu, onun üçün yox, İttifaqın nüfuzu üçün edilmişdi. Çünki ona həqiqətən bu lazım deyildi. Bir neçə il sonra isə Klim mənimlə əlaqə saxlayıb dedi ki, Jerar bütün bu illər üçün üzvlük haqqını ödəməlidir", - deyə aktyorun nümayəndəsi izah edib.

Frille baş verənləri üzücü və utancverici bir vəziyyət adlandırıb.

"Mən hətta bu barədə Jerarla danışmağa belə cəsarət etmirəm", - deyə aktyorun nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Rusiya Kinematoqrafçılar İttifaqının nizamnaməsinə əsasən, illik üzvlük haqqının ödənilməməsi təşkilat qaydalarının pozulmasıdır. Buna görə də, İttifaqın 11-ci çağırışının 15-ci plenumunda üzvlüyün ləğv edilməsi məsələsi müzakirəyə çıxarılacaq.скачать dle 11.3
Mojo.az Banner