Mojo.az Banner
14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb

27.08.2024 19:57 1 434
Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə bu gün “Azərbaycan və Özbəkistan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” mövzusunda hibrid konfrans keçirilib.

BMTM-dən "Report"a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Baxtiyor Mustafayev ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu və inkişaf perspektivlərin yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana səfəri iki dövlət arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün yeni mərhələnin başlamasından xəbər verir: “Qısa müddət ərzində dövlətlərarası münasibətlər yüksək səviyyəyə qaldırılıb, iqtisadi münasibətlər uğurla inkişaf edir”.

Alternativ energetika sahəsində potensialın yüksək olduğunu deyən B.Mustafayev “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə fəal iş aparıldığını diqqətə çatdırıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan sənədlərin, xüsusən də müttəfiqlik münasibətləri haqqında müqavilənin regional və qlobal baxımdan əhəmiyyətini vurğulayıb.

“Son 30 il ərzində Azərbaycan və Özbəkistan arasında çox sıx münasibətlər formalaşıb. Əlaqələrimiz çox yüksək, strateji səviyyədədir”,-o qeyd edib.

F.Şəfiyev iqtisadi sahədə münasibətlərin inkişafının zəruriliyinə toxunub. Onun sözlərinə görə, iki ölkə arasında özəl sektorlar sahəsində qarşılıqlı əlaqənin asanlaşdırılması, gömrük və digər bürokratik maneələrin aradan qaldırılması vacibdir.

BMTM-in İdarə Heyətinin sədri, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin, ekspert dairələri arasında təmasların intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

İkitərəfli sənaye əməkdaşlığının inkişafının vacibliyinə toxunan Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov söyləyib ki, Azərbaycan Özbəkistan üçün Avropaya, Özbəkistan isə Azərbaycan üçün Asiyaya körpü kimi çıxış edir.

Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov Prezident İlham Əliyevin dövlət səfərinin ikitərəfli münasibətlərdə tarixi və yeni mərhələ olduğunu, nəqliyyat-logistika, bərpaolunan enerji sahələrində əməkdaşlığın ikitərəfli əlaqələrin dinamikasına mühüm töhfə verəcəyini vurğulayıb.

Daha sonra konfrans “Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əməkdaşlığın inkişafında Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı vacib faktor kimi”, “Azərbaycan və Özbəkistan ticari-iqtisadi qarşılıqlı fəaliyyətinin vəziyyəti və inkişaf perspektivləri” (sənaye əməkdaşlığı, “yaşıl” energetika, rəqəmsallaşma), “Yeni geosiyasi şəraitdə Azərbaycan-Özbəkistan nəqliyyat-logistika qarşılıqlı fəaliyyətinin inkişafı” mövzularında panel müzakirələri ilə davam edib. Hər iki ölkənin beyin mərkəzləri və ekspert dairələrinin çıxışları dinlənilib.

Konfransın nəticəsi olaraq Azərbaycan-Özbəkistan Ekspert Şurasının yaradılmasına dair qərar qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner