Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Belarus prezidenti Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

26.08.2024 11:48 1 407
Belarus prezidenti Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı yubileyi münasibətilə təbrik edib.

Bu barədə Median.Az President.gov.by-a istinadən xəbər verir.

"Tərəfinizdən həyata keçirilən çoxşaxəli dövlət və ictimai-siyasi fəaliyyət həmişə insanların rifahına yönəlib. Peşəkarlığınız, təşkilatçılıq istedadınız, tükənməz həyat enerjiniz və cazibəniz Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda layiqincə tanınmağınıza və nüfuz qazanmağınıza zəmin yaradıb. Mən Minsk və Bakı arasında yüksək dərəcədə qarşılıqlı etimad, müxtəlif sahələrdə sıx təmaslar və böyük strateji əhəmiyyətə malik olan tərəfdaşlığın əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm", - deyə Aleksandr Lukaşenko vurğulayıb.

Lukaşenko əmin olduğunu bildirib ki, Belarus-Azərbaycan münasibətlərinin bütün kompleksinin qurulması üzrə genişmiqyaslı planların həyata keçirilməsi qardaş xalqların maraqlarına tam cavab verir.

"Sizə, hörmətli Mehriban xanım və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və işinizdə gələcək uğurlar arzulayıram, ailədə sevinc, sevgi və harmoniya əbədi hökm sürsün", - təbrikdə deyilir.скачать dle 11.3
Mojo.az Banner