Mojo.az Banner
13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV: Böyük Britaniyalı milyarder İtaliyada gəmi qəzasından sonra itkin düşüb

19.08.2024 20:39 1 197
KİV: Böyük Britaniyalı milyarder İtaliyada gəmi qəzasından sonra itkin düşüb
Böyük Britaniyalı biznesmen Maykl Linç İtaliyanın Siciliya adasının sahillərində yelkənli gəminin qəzaya uğramasından sonra itkin düşüb.

Median.Az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi axtarış-xilasetmə əməliyyatına yaxın mənbəyə istinadən məlumat yayıb.

“The Daily Telegraph” qeyd edir ki, iş adamının qayıqda olan həyat yoldaşı Encela Bakares xilas edilib.

ANSA agentliyinin məlumatına görə, göyərtəsində 22 nəfərin olduğu 56 metr uzunluğundakı yelkənli “Bayesian” gəmisi bazar ertəsi səhər Palermo şəhəri yaxınlığında batıb. Yaxta Britaniya bayrağı altında üzüb, sərnişinlər əsasən Böyük Britaniya, eyni zamanda Yeni Zelandiya, Şri Lanka, İrlandiya vətəndaşları, eləcə də Britaniya-Fransa ikili vətəndaşlığa malik şəxs olub.

Sahil mühafizəsi 15 sərnişini, o cümlədən 1 yaşlı uşağı xilas edə bilib. O, Palermo Uşaq Xəstəxanasına çatdırılıb. Qəza yerində dalğıclar sərnişinlərdən birinin meyitini aşkar ediblər. altı nəfər, o cümlədən, dörd britaniyalı hələ də itkindir. Batan gəmi sahildən təxminən 800 metr məsafədə və 49 metr dərinlikdədir.

Agentlik bildirib ki, adanın qayığın batdığı sahil ərazisində daha əvvəl qasırğa olub.

Qeyd edək ki, Linç yüksək texnologiyalar sahəsindəki fəaliyyətinə görə vətənində tez-tez “Britaniyalı Bill Geyts” adlandırılırdı. O, 2011-ci ildə nəhəng “Hewlett-Packard” (HP) tərəfindən təxminən 11 milyard ABŞ dollarına alınan “Autonomy” texnologiya şirkətinin yaradıcılarından biridir . Bu saziş iş adamına 800 milyon ABŞ dollarından çox qazandırmışdı.скачать dle 11.3
Mojo.az Banner