Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Astronomlar Yerə maksimum yaxınlaşan meteoroiti aşkarlaya bilməyiblər

01.11.2021 19:53 1 779
Astronomlar Yerə maksimum yaxınlaşan meteoroiti aşkarlaya bilməyiblər
Dünya astronomları Yerlə toqquşa biləcək hər bir kosmik cismi izləməyə çalışırlar. Onların əksəriyyəti kiçikdir və təhlükə yaratmır, lakin kosmosda başqa bir obyektin diqqətdən kənarda qalması ehtimalı həmişə var. Bu yaxınlarda onlardan biri planetimizə yaxınlaşdıqdan sonra aşkarlanıb.

Bu barədə “Slashgear.com” yazıb.

Alimlərin narahatlığı meteoroitin ölçüsünə görə deyil, gözlənilmədən ortaya çıxmasına görə yaranıb – problem ondadır ki, o, Günəş istiqamətindən gəlib və astronavtlar onun orada olduğunu belə, bilməyiblər. "2021 UA1" adlanan obyekt Yerdən təxminən 3 000 km məsafədən keçib. O, Antarktida üzərində uçub.

Qeyd edək ki, 3 000 km olduqca yaxındır: Beynəlxalq Kosmik Stansiyanın orbitindən çox yüksək (təxminən 400 km), lakin geostasionar orbitdəki rabitə peyklərindən daha yaxındır (təxminən 36 min km). Astronom Toni Dannın fikrincə, meteoroitin Günəş istiqamətindən uçması maraqlıdır, o, buna görə də yaxınlaşma anına qədər görünməz qalıb.

Qeyd edək ki, bundan əvvəl ötən ilin avqustunda "2020 QG" meteoriti Yerdən 2 950 km, 2020-ci ilin noyabrında isə "2020 VT4" adlı obyekt cəmi 370 km yüksəklikdən keçib.скачать dle 11.3
Mojo.az Banner