Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

“Rəsmi Parisi sülh prosesində Azərbaycanla yanaşı dayanmağa çağırırıq” - MÜRACİƏT

02.10.2021 15:00 1 809
“Rəsmi Parisi sülh prosesində Azərbaycanla yanaşı dayanmağa çağırırıq” - MÜRACİƏT
Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 sentyabr - Anım Günü ilə əlaqədar Fransanın siyasi rəhbərliyinə müraciət edib.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası, “Ulduz” Mədəniyyət Assosiasiyası, “Alim” Elmi Birliyi, Fransa-Azərbaycan Gənclər Assosiasiyası, Fransada Azərbaycan Mədəniyyət Assosiasiyası, Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası, Fransa-Azərbaycan icmasının imzaladığı müraciət Fransa Prezidenti Emmanuel Makrona, Avropa və xarici işlər naziri Jan-İv Le Driana, Milli Assambleyanın sədri Riçard Ferrana, Senatın prezidenti Jerar Larşeyə ünvanlanıb.

Müraciətdə 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 il öncə Ermənistan ordusu tərəfindən qeyri-qanuni olaraq işğal edilmiş ərazilərini azad etdiyi, Azərbaycan tarixinin və mədəniyyətinin əhəmiyyətli hissəsi olan Qarabağ bölgəsinin işğal dönəmində ermənilər tərəfindən tamamilə dağıdıldığı, hazırda bu ərazilərdə yenidənqurma və bərpa işləri üzrə iri layihələrin sürətlə həyata keçirildiyi və sair barədə ətraflı məlumat verilib.

Fransadan gözləntilərini ifadə edən diaspor təşkilatları ölkənin siyasi rəhbərliyini Azərbaycan ərazilərində Ermənistanın qeyri-qanuni olaraq yerləşdirdiyi ölümsaçan minaların basdırıldığı ərazilərin xəritələrini təhvil verməsi məsələsini dəstəkləməyə, Ermənistanla yaratmaq istədiyimiz sülh prosesində Azərbaycanla yanaşı dayanmağa çağırıb.скачать dle 11.3
Mojo.az Banner