Mojo.az Banner
22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı idmançıya səkkiz illik cəza verildi

30.09.2021 13:37 2 571
Azərbaycanlı idmançıya səkkiz illik cəza verildi
Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası bəlli olub.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) məlumat yayıb.

Bildirilib ki, dopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioner səkkiz il müddətinə yarışlardan diskvalifikasiya edilib.

İdmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanır.

Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb.

Qeyd edək ki, Boyanka Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012-ci, 2015-ci və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. O həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2016-2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.скачать dle 11.3
Mojo.az Banner