Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Qara dənizdə Azərbaycanın fider gəmisi işləyəcək

06.09.2019 22:52 3 952
Qara dənizdə Azərbaycanın fider gəmisi işləyəcək
“Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi” QSC sentyabrın 20-dək Qara dənizdə Trans-Xəzər beynəlxalq nəqliyyat xətti (TİTR – Trans-Caspian İnternational Transport Route) çərçivəsində müntəzəm fider konteyner daşımalarını (Middle Corridor) həyata keçirəcək fider gəmisi işə salacaq.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu, sözügedən marşrutda işləyəcək ilk gəmi olacaq.

“Middle Corridor” çərçivəsində Gürcüstanın Batumi/Poti və Rumıniyanın Konstanta limanları arasında müntəzəm fider daşımalarına dair beynəlxalq işçi qrupu iştirakçılarının qənaətincə, həmin xəttin fəaliyyətə başlaması Qara dəniz üzərindən yük daşımalarını xeyli tezləşdirməklə tarifləri də daha əlverişli səviyyəyə gətirəcək, bununla da sözügedən marşrutda konteyner daşımalarını artıracaq.

Plana görə, Batumi ilə Konstanta arasında daşıma müddəti bir istiqamətdə 5 gün olacaq. Bu xətdə əsasən Avropa – Çin – Avropa istiqamətli tranzit yüklərin, habelə Avropa – Mərkəzi Asiya – Avropa istiqamətli ixracat yüklərin daşınacağı güman olunur.

“Middle Corridor” Çin və Mərkəzi Asiyanı Qazaxıstanla Azərbaycan üzərindən Xəzər dənizində gəmilər vasitəsilə Avropa İttifaqı ölkələrilə birləşdirəcək nəqliyyat dəhlizidir. TİTR Beynəlxalq Asosiasiyasının üzvü Polşa, Ukrayna, Rumıniya, Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Çin dəmir yolu və dəniz nəqliyyatı ilə bağlı dövlət qurumları, logistika şirkətləridir.

Fider daşımaları yüklərin konteyner vs. vasitələrlə daşınması iri limanlarda cəmləşdirmək və ya oradan göndərilməsi üçün kiçik gəmilərin istifadəsini ehtiva edir. Daşımalarda fider sistemi adətən dəniz və çay gəmiçiliyini qovuşdurmaqla qısa və orta məsafəli xətlərdə kiçik partiya yüklərin nəqlini əhatə edir.скачать dle 11.3
Mojo.az Banner