Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Budapeştin hava limanında Azərbaycana aid fotosərgi açılıb - VİDEO/FOTO

05.09.2019 20:37 1 991
Budapeştin hava limanında Azərbaycana aid fotosərgi açılıb - VİDEO/FOTO
Budapeştin Liszt Ferenc adına Hava Limanının A və B terminallarını birləşdirən foyesində azərbaycanlı fotorəssam Aydın Sadıxovun fərdi fotosərgisinin rəsmi açılış mərasimi keçirilib.

Median.Az
xəbər verir ki, ölkəmizin Bakı, Qarabağ, Şəki və digər bölgələrinin tarixi abidələri və turistik mənzərələrinin nümayiş olunduğu sərgidə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və səfirliyin əməkdaşları, hava limanının baş meneceri Rolf Şnitzler, Türkiyənin bu ölkədəki səfiri Əhməd Akif Oktay, habelə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Azərbaycanın bu ölkədəki diaspor təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Vilayət Quliyev iki ölkə arasında səmərəli əməkdaşlığın təşəkkül tapdığını bildirərək, bu kimi tədbirlərin humanitar əlaqələrin inkişafına töhfə verəcəyini, xüsusi ilə hazırkı fotosərgi vasitəsi ilə ildə 15 milyon nəfərə xidmət edən hava limanının sərnişinlərinin ölkəmizlə tanış olması imkanı qazanacağı, turistlərin Azərbaycanın görməli yerləri haqqında məlumat əldə edə biləcəyini qeyd edib.

V.Quliyev Macarıstanın “WizzAir” şirkətinin Bakı şəhərinə və geriyə birbaşa hava reyslərini həyata keçirməsinə diqqət çəkərək, onun ölkələrimizin qarşılıqlı şəkildə tanıdılmasında mühüm rolunun olduğunu qeyd edib.

Budapeşt hava limanının baş meneceri Rolf Şnitzler çıxışında belə sərgilərin mütəmadi olaraq hava limanında təşkil edildiyini bildirərək, Azərbaycan haqqında yerli və xarici turistlərin məlumatlandırılması baxımından sərginin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

Sonra fotorəssam Aydın Sadıxov fərdi sərgisinin təşkilinə görə səfirliyə və hava limanının rəhbərliyinə təşəkkürünü bildirib. O, Yunanıstan, Rusiya və Türkiyədə maraqlı sərgilərin təşkil edildiyini bildirərək, təqdim etdiyi hazırkı işlərin də ziyarətçilərin diqqətini cəlb edəcəyinə ümidvar olduğunu bildirib. Fəaliyyəti zamanı Azərbaycanın qədim tarixi abidələri və füsunkar təbiətini qabarıq şəkildə təqdim etməyə çalışdığını deyən fotorəssam sərgisi vasitəsi ilə bu missiyanı həyata keçirə biləcəyinə inandığını qeyd edib.

Rəsmi hissədən sonra qonaqlar fotoqraf A.Sadıxovun bələdçiliyi ilə sərgi ilə tanış olublar. Bu sərgiyə daxil edilməsi məqsədi ilə səfirlik Azərbaycan Milli Arxivindən Dağlıq Qarabağın qədim tarixi abidələri və gözəl təbiəti haqqında fotolar əldə edib və sərgidə həmin fotolar da nümayiş olunur.

Mərkəzi Avropanın aparıcı dövlətlərindən olan Macarıstanın hava limanında avqustun sonlarından başlayan və sentyabrın sonunadək davam edəcək fotosərgi ölkəmizə turist axınının artmasına müəyyən mənada töhfə vermiş olacaq.

Son xəbərlər