Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə daha bir hava limanı açılır

20.07.2024 21:45 1 200
Türkiyədə daha bir hava limanı açılır
 Türkiyənin cənubunda yerləşən Çukurova Hava Limanının açılış mərasimi avqustun 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlunun bəyanatında bildirilib.
Yeni hava limanı Türkiyənin iki cənub vilayətinin - Adana və Mersin sakinlərinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Çukurova Hava Limanının tutumu ildə 8 milyon sərnişin olacaq.

Nəqliyyat Nazirliyinin rəhbəri qeyd edib ki, Mersin vilayətində hava limanının tikintisi “Tik-İşlət-Dövlət” dövlət-özəl tərəfdaşlıq modelinə uyğun həyata keçirilib.

Layihəyə 244,5 milyon avro xərclənib və yerin icarəsindən daxil olacaq ödənişlər 25 il ərzində dövlət xəzinəsinə 297 milyon 100 min avro qazandıracaq.

“Mülki aviasiya sektoru ölkəmiz üçün vacibdir. Türkiyədən 4 saatlıq uçuş zamanı 1,4 milyard əhalisi olan 67 ölkə var. 2053-cü ilə qədər biz aktiv fəaliyyət göstərən hava limanlarının sayını 61-ə çatdırmağı planlaşdırırıq”, - deyə türkiyəli nazir bildirib.

O qeyd edib ki, yeni hava limanının açılışından sonra 3 min insan işlə təmin ediləcək.
скачать dle 11.3
Mojo.az Banner