Bağça rəhbərliyindən şikayətə münasibət: "Valideynlər nöqsanlardan xəbərdardırlar" - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:42 BQXK bu tarixdən Azərbaycandakı Nümayəndəliyini bağlayır  |     13:25 Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanılıb  |     12:57 Paşinyan etiraf etdi: "Ermənistan digər dövlətlərin hesabına mövcud olub"  |     12:56 Sinif yoldaşını bayram günü qətlə yetirən şəxs həbsdə də cinayət törətdi  |     12:54 Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu dələduzluğa görə HƏBS EDİLDİ  |     12:49 Xankəndidə separatçıların "SİMVOL"U olan tikili SÖKÜLDÜ - Video  |     12:48 Şəkidə evə basqın edən maskalı şəxslər tutulublar - Video  |     12:47 Saatlıda ot yükləyərkən yanan 73 yaşlı kişi iki ay sonra öldü  |     12:46 Külli miqdarda pirotexniki vasitələr və tütün məmulatları aşkar edildi - FOTO  |     12:43 Bərdədə polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kiloqram narkotik aşkarlayıb - Video  |     12:41 Astarada molla məsciddə bıçaqlandı  |     12:40 Smartfonların qiyməti bütün dünyada artacaq  |     12:38 Video çəkərək yasa az adamın gəlməsindən gileylənən molla DANIŞDI (Video)  |     12:36 Bakı yaşayış xərclərinə görə dünyada 340-cı yeri tutub  |     12:30 TƏBİB: "Astarada ölən 10 aylıq körpə xəstəxanaya çatdırılarkən ürək və nəbz döyüntüləri olmayıb"  |     12:28 Lənkəranda "Prius" qəza törətdi: Ölən var  |     12:10 Bakı şəhərində talama cinayətləri törədənlər saxlanıldı  |     11:59 Bu şəxslər üçün əlavə imtahan keçiriləcək  |     11:47 Yol Polisindən velosiped idarə edənlərə MÜRACİƏT  |     11:27 Abşeronun bu ərazilərində işıq KƏSİLƏCƏK  |    

Bağça rəhbərliyindən şikayətə münasibət: "Valideynlər nöqsanlardan xəbərdardırlar" - FOTO

Bu gün sosial şəbəkələrdə metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən "Baby Star" uşaq bağçasının natəmizliyi barədə şikayət yayılıb.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, iki yaşlı oğlunu sözügedən bağçaya qoymaq istəyən valideyn oradakı vəziyyətlə tanış olarkən qarşılaşdığı mənzərədən şok yaşadığını bildirib.

Valideynin sözlərinə görə, bağçada onları qarşılayan olmayıb:

"Özümüz resepşnə yaxınlaşdıq. Bağça ilə bizi tanış edərkən ayaqyoluna baxdıq. Bir otaqda dörd uşaq unitazı vardı, aralarında heç bir arakəsmə qoyulmamışdı. Yəni oğlanlar və qızlar eyni otaqda, bir-birini görərək təbii ehtiyaclarını ödəyirlər.

Bağça təmirdən yeni çıxdığı üçün hər yerdə təmir əşyaları, taxta, sement vardı. Bir sözlə, başdan-ayağa antisanitariya. Bağçadan çıxanda isə şəkildə gördüyünüz mənzərə ilə qarşılaşdım.

Bunları görmək artıq kifayət etmişdi ki, bağçanı tərk edək. Bütün uşaqlar bu gölməçənin içində oynayır, oyuncaqlarını yuyurdular. Kiminin üstü yaş idi, kimi vedrəyə su doldurub aparırdı.

Kənarda duran üç müəllim isə bir-biri ilə söhbətləşir, uşaqlara heç baxmırdılar. Dözməyib müəllimlərə yaxınlaşdım, bunun normal olub-olmadığını soruşdum. Utanmaz kimi üzümə gülüb "həəə, bizə o uşağın anası deyib ki, o nə istəsə, icazə verin" cavabını verdilər".

Söhbət çox uzun çəkdi. Sonra başladılar uşaqları uzaq tutmağa. Deyirəm, niyə belədir? Deyir ki, bağçamız yeni təmirdən çıxıb. Onlara izah etməyə çalışırdım ki, gölməçənin təmirə heç bir aidiyyəti yoxdur, bu, təbii şəkildə yaranmış şeydi. Amma onu əvvəlcədən təmizləmək olardı. Bu cür biarbırçı gündə olan bağçanın aylıq ödənişi 420 manatdır".

Oxu.Az-ın əməkdaşı səsləndirilən şikayətlə bağlı "Baby Star" uşaq bağçası ilə əlaqə saxlayıb.

Bağçanın meneceri Mədinə İmanova saytımıza bildirib ki, valideynin şikayətiylə bağlı problemin həlli üçün işlər görülür:

"Bizim bağça təmirdə olduğu üçün tam fəaliyyətdə deyil. Dünən valideyn bağçaya baxmaq istədi və göstərdik, xidmətlərlə tanış etdik. Valideyn nöqsanlar barədə bizə irad bildirdi. Başa saldıq ki, bağça təmirdən təzə çıxdığı üçün problemlər var. Bizim bağçada olan uşaqların valideynləri nöqsanlardan xəbərdardırlar. Bir həftəyə bu problem həll olunacaq.

Bağçada iki ayaqyolu var ki, onlardan biri böyük uşaqlar, digəri isə körpələr üçündür. Böyüklər üçün oğlan-qız arakəsməli altı unitaz var. Arakəsmə problemi də həll ediləcək. Azyaşlılar üçün nəzərdə tutulmuş tualetdə oğlan-qız ayrılmır və köməkçilər kömək edirlər. Bağçamız sertifikat alıb və xüsusi sənədlərimiz var".

Menecer gölməçədə oynayan uşaq şəkli barədə də danışıb.

O bildirib ki, bağçanın nəzdində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəz var:

"Oradakı uşaqlar reabilitasiyadan sonra bağçamıza gəlirlər. Gölməçədə oynayan uşaq onlardan biridir. Valideyni bizdən xahiş edib ki, uşaq nə istəsə, onu etsin, sadəcə, oynayandan sonra yuyunub, əynini dəyişsin. Düzdür, biz də etiraz etmişik ki, belə olmaz, uşağa mikrob keçər, xəstələnər. Biz gölməçə problemini də həll edəcəyik".

Qeyd edək ki, metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən "Baby Star" uşaq bağçasında 15 uşaq qeydiyyatdadır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 847 05.09.19 19:06