Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF - Uşaq sayı beş deyil, dörd olsun

05.09.2019 16:09 1 780
Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF - Uşaq sayı beş deyil, dörd olsun
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin 2019-cu il payız sessiyasında sosial sahə üzrə qaldırılacaq məsələlər barədə danışıb.

H.Rəcəbli oxu.az-a açıqlamasında bildirib ki, Əmək və sosial siyasət komitəsi "Turizm haqqında" qanun layihəsini müzakirəyə çıxaracaq.

"Bundan başqa Prezident İlham Əliyevin parlamentə göndərdiyi bir sıra qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəyik. Bütün bu müzakirələrin və dəyişikliklərin mahiyyətində əhalinin sosial rifahının daha da yaxşılaşdırılması ideyası dayanır", - deyə H.Rəcəbli əlavə edib.

Deputat 2020-ci ilin dövlət büdcəsindən də söz açıb. Onun sözlərinə görə, 2019-cu ildə minimum əməkhaqqının, minimum pensiyaların artması gələn ilin büdcəsində də sosial yönümlülüyü gücləndirəcək:

"Əvvəllər büdcənin 27-28 faizi sosial məqsədlərə gedirdisə, 2020-ci ildə bu rəqəm 35-37 faiz civarında olacaq. Hesablamalarımıza görə, bu məsələlərin reallaşması üçün beş milyard manat lazımdır. Bu da büdcənin əsasən sosial yönümlü olmasından xəbər verir”.

H.Rəcəbli uşaq pulunun bərpası ilə bağlı müzakirələrdən də danışıb. Milli Məclis üzvü bildirib ki, o, üç yaşa qədər uşaqlara uşaq pulunun verilməsinin tərəfdarıdır:

"Mən parlamentin iclaslarında dəfələrlə üç yaşadək uşaqlar üçün uşaq pulunun artırılması təkliflərini səsləndirmişəm".

Komitə sədri çoxuşaqlı ailələrlə bağlı kriteriyaların dəyişdirilməsi ilə bağlı təklif səsləndirəcəyini də bildirib:

"Bilirsiniz ki, cənab Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb. Məlumdur ki, beşdən çox uşağı olan ailələr çoxuşaqlı ailə sayılır. Mən isə təklif edəcəyəm ki, dörd uşağı olan ailə çoxuşaqlı sayılsın".скачать dle 11.3

Son xəbərlər