23:05 Noyabr bu BÜRCLƏR üçün çətin keçəcək  |     22:46 Bakıda ev YANDI  |     22:39 Daha bir icra hakimiyyətində əməliyyat - Müavin həbs edildi  |     22:33 Sumqayıtda avtomobil işıq dirəyinə çırpılaraq aşıb  |     22:25 "ChatGPT"yə iki mövzuda məsləhət vermək qadağan edilib  |     22:19 Moskva vilayətindən minlərlə miqrant deportasiya ediləcək  |     22:12 Bu məktəbdə dərslər dəhlizdə keçirilir - Video  |     21:53 Daha bir cüdoçumuz Avropa çempionu oldu  |     21:51 Qrenlandiya balinaları 200 il yaşaya bilir: Onlar bunu necə bacarır?  |     21:37 Prokurorluq Qaradağ RİH-ə girdi, müavin həbs edildi  |     21:27 Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?  |     21:21 Ticarət mərkəzinin qarşısında təbii ehtiyacını ödəyən gənc cərimələndi: "Böyrəklərimdə problem var"  |     21:10 Smartfonun enerjisi çox tez tükənir? - Bu 2 saniyəlik fənd vəziyyəti dəyişə bilər  |     20:54 İranın F-35-ləri vurması yalan imiş - Deputat açıqladı  |     20:23 Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ  |     20:00 "Bu problem MDB ölkələri üçün aktualdır" - Putin  |     19:53 Ağdaş sakini yaşadığı evdə ölü tapıldı  |     19:44 Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili tədris olunacaq  |     19:17 "Neftçi" "Kəpəz"ə qalib gəldi  |     19:09 Mbappe penaltini vura bilmədi, azarkeşin ürəyi dayandı  |    

Aqarunovun heykəlini hazırlayan gənc müəllimlər: təmənnasız işləyiblər - FOTO

Bir neçə gün öncə Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə abidə ucaldılması ilə bağlı məlumat vermişdik.

Layihə Ömər Eldarovun rəhbərliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimləri Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb.

Heykəlin əsas hissəsi tuncdan tökülüb, postamenti isə beton və bürüncdən hazırlanıb.

Heykəlin qoyulması ilə bağlı ilk təklif Aqarunovun döyüşdüyü "Səbail" tank taborunun komandiri Hacı Əzimovdan gəlib. O, Ömər Eldarovla görüşüb və bu məsələni müzakirə edib. Daha sonra Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev də Ö.Eldarovla bu barədə danışıb.

Layihənin eskizi Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb, səkkiz ay əvvəl Ö.Eldarova təqdim edilib. Mədəniyyət Nazirliyi təsdiq etdikdən sonra bu ilin aprelindən işlərə başlanılıb.

Məlumatlara görə, Zamik Rzayev və Rahib Qarayev bu işi təmənnasız görüblər.

Qarayev Rahib Arif oğlu 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə daxil olub. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.

2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin memorial abidəsinin müəllifidir. 2017-ci ildə Təzəkənd kənd məktəbi üçün şəhid Rövşən Nəbiyevin büstünü hazırlayıb. 2019-cu ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində qoyulan şəhid Hakim Həsənovun heykəlinin müəllifidir.

Zamik Süleyman oğlu Rzayev 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 2006-ci ildə Əzim Əzimzadə adına rəssamlıq kollecinin heykəltəraşlıq fakültəsinə qəbul olub.

2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə, 2015-ci ildə həmin akademiyanın magistr bölməsinə daxil olub. 2017-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasınında müəllim kimi fəaliyyət göstərir. Bir sıra beynəlxalq və yerli sərgilərin iştirakçısıdır.

Qeyd edək ki, Milli Qəhrəman Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
/oxu.az/





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 918 05.09.19 13:53