Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş MMA çempionu Makrona səsləndi: Boynunu toyuq kimi üzərəm

04.09.2019 23:39 2 548
Keçmiş MMA çempionu Makrona səsləndi: Boynunu toyuq kimi üzərəm
Braziliyalı keçmiş MMA və ciu-citsu çempionu, eyni zamanda ölkənin beynəlxalq turizm üzrə səfiri Renzo Qrasie Fransa Prezidenti Emmanuel Makron və onun keçmiş köməkçisi Aleksandr Benalın boynunu qıracağını deyib.

"İz.ru" xəbər verir ki, bu barədə yerli BFMTV kanalı video yayımlayıb.

Qarsiye son vaxtlar Amazon meşələrindəki yanğınla bağlı Makronla ciddi gərginlik yaşayan Braziliya Prezidenti Jair Bolsonaruya yaxın adamdır.

O, sözügedən kanalda yayımlanan videoda Makron və köməkçisinə səslənib: "Buradakı yeganə yanğın braziliyalıların və prezidentimizin qəlbində yanan alovdur, təlxək. Bura gəlin, boynunuzu toyuq boynu kimi üzüm".

Fransada mitinqçilərin döyülməsindən sonra başlayan qalmaqallar səbəbilə istefa verən Yelisey sarayının keçmiş əməkdaşı Benal isə ona "Twitter" hesabı vasitəsilə cavab verib: "Renzo Qrasiye, deyəsən, ağzınız çox böyükdür. İstəyirsinizsə, rinqdə görüşə bilərik. Sözləriniz keçmiş idmançıya yaraşmadı".

Qeyd edək ki, bu, son illərdə Fransa və Braziliya arasındakı ilk konflikt deyil. İyulda Bolsonaru Fransa Xarici İşlər naziri Jan-İv Le Drian ilə görüşməkdən imtina etmiş, qrafikinin dolu olduğunu bildirmişdi. Makron isə G7 sammitində meşə yanğınları məsələsini qaldırmış, Braziliyanı iqlim dəyişiklikləri ilə bağlı məsuliyyətsizlikdə ittiham etmişdi. G7 iştirakçıları kömək üçün 20 milyon avro təklif etsələr də, Braziliya bundan imtina etmişdi.

Son xəbərlər